Kriptovalyuta mövzusunda çəkilən növbəti film – Crypto. 2019-cu ilin aprel ayında buraxılan və kriminal triller janrında çəkilən “Crypto” filmdə baş rolları Kurt Russel, Alexis Bledel, Beau Knapp, Luke Hemworth ifa ediblər. Filmin süjet xəttini xüsusi xidmət orqanı əməkdaşının rus mafiyasının da iştirak etdiyi çirkli pulların yuyulması sxeminin araşdırması təşkil edir.