Dünyanın ilk saytı

   İlk sayt 1991-ci ilin avqustun 6-sı internetin banisi hesab edilən Tim Berners-Lee tərəfindən Avropa Nüvə Tətqiqatları Mərkəzinin (CERN) istifadəsi üçün  yaradılıb. Bu saytın domen adı – info.cern.ch idi. Bu URL hələ də mövcuddur lakin hazırda onun yerində WWW (World Wide Web – “dünya hörümçək toru”) xidmətinin “yaradılması” tarixinə həsr olunmuş “memorial veb səhifə” yerləşdirilib. İlk saytın eyni nüsxəsi: http://info.cern.ch/LMBrowser.html.

Figure-no-1-The-first-universal-line-mode-browser
ilk saytın ekran görüntüsü. 1991

     Saytın interfeysi çox sadə idi. Həmçinin ilk brauzer hələ kompüter qrafikası ilə işləyə bilmədiyi üçün sayt yalnız mətndən (rəqəm və hərflər) ibarət idi. Saytın serveri NeXT komputerində yerləşdirilmişdi. İlk qrafiq brauzer (Mosaic) artıq 1993-cü ildə yaradıldı.

56d039c6ce4d48dc4125978c9be3ac11-1280x956.jpg
Tim Berners-in World Wide Web brauzerini göstərən ekran görüntüsü. 1993

 

Müəllif:  Elnur Quliyev

Leave a Reply