Çin Xalq Respublikasının sədri Si Cinpin (Xi Jinping) oktyabrın 24-ü Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun blockchain texnologiyası ilə bağlı iclasda Çinin innovasiya sahəsində dünyada lider olması üçün ölkədə blockchain texnologiyasının inkişafını sürətləndirməsi tədbirlərinin görməli olduğunu vurğulayıb.
Si Cinpin: “Blockchain texnologiyasını bir yenilik kimi qəbul etməliyik. Bu texnalogiyanın təkcə real iqtisadiyyata deyil, həm də süni intellekt, Big Data və əşyaların İnterneti kimi əlaqəli informasiya texnologiyalarına inteqrasiyası zəruridir. Əsas istiqamətləri dəqiqləşdirmək, investisiyanı artırmaq və texnologiyanın bir neçə əsas tətbiqinə diqqət yetirmək lazımdır.”
Çin investorları bu açıqlamadan sonra blokçeyn texnologiyası ilə əlaqəli bütün səhmlərdə böyük miqdarda “alış” ediblər və ölkədə ticarət əməliyyatları aparan 60 iri şirkətin səhmlərində artım günlük 10% həddində çatıb. “Shenzhen İnformasiya Texnologiyaları” indeksi isə 5,1% artaraq iki ayın ən yüksək artımını göstərib.
Çin Xalq Respublikasının rəhbərinin açıqlamasından bir gün sonra kriptovalyuta bazarında bir canlanma müşahidə olundu. Xüsusilə bitcoin oktyabrın 26-da 42% dəyər qazanaraq 10.300 dollara qədər qalxdı. Analitik, treyder və teleaparıcı Alex Krüger öz twitter hesabında bu qiymət artımı ilə bağlı “Çox sag ol Çin, Prezident Si əsl kripto-atadır” yazıb.