Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənədi (Bitcoin White Paper) internetə buraxdı və bununla da bitcoin tarixi başladı. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin-in əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.
Bitcoin haqqında qısa tarix:
- 18 avqust 2008 – Bitcoin.org domeni qeydiyyata alınıb;
- 31 okytabr 2008 – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paper) internetə buraxıldı;
- 3 yanvar 2009 – Genezis blok – ilk bitcoin bloku yaradıldı;
- 12 yanvar 2009 – Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
- 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollara/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1.309,03 BTC;
- 22 may 2010 – Bitcoin ilə ilk sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
- iyul 2010 – ilk kriptovalyuta birjası olan MtGox yarandı;
- iyul 2010 – Bitcoin 0.0008-dən 0.08 dollara qalxdı;
- 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC;
- 29 oktyabr 2013 – ilk kripto bankomat Vankuver (Kanada) şəhərində quraşdırıldı
- noyabr 2013 – Kiprdə yerləşən Nicosia Universiteti ödəniş vasitəsi kimi bitcoin qəbul etdi.
- 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq tanıdı;
- 1 aprel 2017 – Yaponiya bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi taniyan ilk dövlət oldu.
Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» başlığının olmasıdır.
Müəllif: Elnur Quliyev