Azərbaycanda ilk dəfə 5G şəbəkəsi

   “Azercell Telekom” Azərbaycanda ilk dəfə 5G şəbəkəsinin pilot olaraq Bakının mərkəzində (Fəvvarələr meydanında) istifadəyə verib. Yeni şəbəkənin təqdimatında çıxış edən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd edib ki,  şirkət gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır. “Azercell Telekom” bu ilin dekabrın əvvəlindən etibarən 5G şəbəkəsini dəstəkləyən mobil telefonların satışına başlayacaq.

building-5g-wireless-networks.jpg

5G nədir? 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya super sürətli və kəsintisiz internetlə təmin edir. Hazırda Bakı şəhərinin mərkəzinə, Fəvvarələr meydanına gələrək 5G-ni pulsuz test etmək mümkündür. Bunun üçün 5G-ni dəstəkləyən telefonunuzun və sim kartınızın olması gərəklidir. Pulsuz 5G Sim kartınızı əldə etmək və 5G dəstəkləyən smartfon əldə etmək üçün Fəvvarələr Meydanında yerləşən Azərcell mağazasına müraciət etmək lazımdır.

Leave a Reply