Halving (yarıya bölünmə) – Bitcoin şəbəkəsində maynerlərə yeni blok əlavə etdiyi üçün verilən mükafatın həcminin iki dəfə azaldılmasıdır. Satoshi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı (Bitcoin White Paper) sənəddə halvinq-i hər 210 mininci blokda və ya hər 4 ildə bir dəfə olmasını proqramlaşdırmışdır. Yəni, bitcoin şəbəkəsində hər 10 dəqiqədə yaradılan bloklarda bitkoinlərin sayı dörd ildən bir yarıya endirilir. Bu proses 21 milyonuncu bitcoin əldə edilənə qədər (təqribən 2140-cı il) davam edəcək. Halving-in əsas vəzifəsi kriptovalyutanın emissiyasına nəzarət etmək və inflyasiyanın qarşısını almaqdır.
3 yanvar 2009-cu ildə ilk bitcoin blok – Genezis blok yaradıldı və bununla da şəbəkədə yaradılan hər bloka görə maynerlər 50 bitcoin mükafat almağa başladı. Bundan sonra bitcoin şəbəkəsində halving 2 dəfə – 28.11.2012 və 09.07.2016 tarixlərində baş verdi. 1-ci dəfə hər şəbəkədə yaradılan hər bir blok üzrə mükafat 25 bitcoin, 2-cidə isə 12.5 bitcoin oldu. Növbəti halving isə 2020-ci ilin 11 may tarixində olacaq və bu zaman hər blok üzrə mükafat 6.25 bitcoinə enəcək.
“Bitcoin Halving”, ilk kriptovalyutanın qiymətinin qalxmasına birbaşa təsir edən faktordur. Bitcoin şəbəkəsindəki ilk iki halving növbəti 1-1.5 il ərzində kriptovalyutanın volatilliyinin artması ilə müşayiət olundu. Bitcoin-in qiyməti 1-ci halving-də 11 dollardan 1.100 dollara, 2-ci halving-də isə 230 dollardan 20.000-a qədər artmışdı.
Müəllif: Elnur Quliyev
[…] Mayın 11-i Bitcoin şəbəkəsində növbəti – üçünçü “bitcoin halving”baş verdi. Halving AntPool mayninq pulu tərəfindən tapılan 630000-cu blokda baş verdi və […]
[…] ola bilər. 90% bitcoin artıq mayninq edilib və sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək. “bitcoin halvinq” isə inflyasiya prosesini minimuma […]