“Black Friday” nədir?

     Hər il ABŞ-da keçirilən “Şükran Günü” bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. Bu gün bir sıra dükanlarda endirimlər olur. Bəs bu hadisə niyə “Qara Cümə” adlanır?

    ABŞ-da Qara Cümə ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq mağazalarda ənənəvi Yeni il endirimləri başlayır və iri ticarət şəbəkələri böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

999-e1575108569563.jpg

    Endirim fikrini ilk dəfə Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən Frenk Vulvort irəli sürüb. Həmin dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi!

     1951-ci ildə isə “Factory Management and Maintenance” jurnalı maraqlı tendensiya qeydə aldı. Şükran Günündən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi. Məhz “Qara Cümə” termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı bir neçə versiya var:

  • Birinci versiyaya əsasən, Şükran Gününün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara Cümə adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü “Black Friday” adlandırıb;
  • İkinci versiya müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub;
  • Üçüncü versiya isə Black Friday günü dükanlar qapılarını gün çıxmadan əvvəl açmalarıdır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply