Həsən Ruhani: İslam ölkələrinin vahid kriptovalyutası olmalıdır

     İran prezidenti Həsən Ruhani Malaziyada keçirilən Kuala Lumpur Sammitində İslam ölkələrində ABŞ dollarına alternativ olaraq istifadə ediləcək bir kriptovalyuta yaratmağı təklif etdi. shutterstock-1593171892.jpg O, “ABŞ-ın maliyyə hegemonluğuna” qarşı çıxmaq üçün İslam ölkələrinin maliyyə əməkdaşlığını gücləndirməyin vacib olduğunu söyləyib.

    Həsən Ruhani: “ABŞ İrana sərt sanksiyalar tətbiq etdi, bu isə benzinin qiymətinin artmasına və vətəndaşların etirazlarına səbəb oldu. Müsəlman dünyası ABŞ dollarının və Amerika maliyyə rejiminin hökmranlığından xilas olmaq üçün tədbirlər görməlidir. Bu problemin həlli olaraq vahid rəqəmsal valyutadan istifadə etməyi və müsəlman ölkələri arasında texnoloji qarşılıqlı əlaqəni maliyyələşdirmək üçün xüsusi fond yaratmağı təklif edirik.”

     Konfrans zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan müsəlman ölkələrinin bir-birlərini maliyyələşdirmələrinin lazım olduğunu qeyd etdi və xüsusi işçi qrupunun yaradılmasını təklif etdi. Malaziyanın baş naziri Mahathir Mohamad “Bəzən ABŞ dollarından istifadə etdiyimiz zaman sanksiyalar bizim iqtisadi inkişafımıza zərər verə bilər. Biz öz valyutalarımızdan istifadə edə bilərik və ya ümumi bir valyuta yarada bilərik” deyib.

Leave a Reply