Amerika Onkologiya Cəmiyyəti bitcoin ilə ianə qəbul edir

     Xərçəng xəstəliyinin araşdırmalarına sponsorluq edən Amerika Onkologiya Cəmiyyəti (ACS) BitPay ödəniş operatoru vasitəsilə bitcoin ilə ianə qəbul etməyə başladı. ACS-nin icraçı direktoru Brant Woodward: “Xərçəng xəstəliyi bütün təbəqələrindən olan insanların həyatına təsir edir, buna görə də geniş xeyriyyəçi kütləsindən dəstək almağımız təəccüblü deyil. Bizim çox vacib bir missiyamız var və onu həyata keçirmək üçün bütün mövcud mənbələrdən vəsait toplamaq lazımdır.”

     BitPay ödəniş operatoru artıq ilk dəfə deyil ki, xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir. BitPay Tony Hawk Foundation və Amerika Qırmızı Xaç Təşkilatına 50 milyon dollar dəyərində ianə transfer edib. BitPay-in icraçı direktoru Stephen Pair: “Bitcoin ilə ianələr qəbul etməklə xeyriyyə təşkilatları yeni xeyriyyəçilər cəlb edir və bunun üçün də onların kriptovalyutalarla məşğul olmağına ehtiyac qalmır. Çünki BitPay ianə edilən bitcoinləri qəbul edir və təşkilatın hesabına dolları və ya başqa bir valyuta transfer edir.”

    Xatırladaq ki, BitPay bu yaxınlarda ödəniş vasitəsi kimi USD Coin (USDC), Gemini Dollar (GUSD) və Paxos Standard Token (PAX) kimi stabilkoinləri əlavə edib.

Leave a Reply