Kripto bankomatların (ATM) sayı – Dekabr 2019

  CoinATMradar.com-ın 31.12.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 6.387 ədəd kripto ATM mövcuddur. Statistikaya əsasən dekabr ayı ərzində hər gün orta hesabla 5 ATM quraşdırılıb. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 68.5%-i Litecoin, 60.5%-i Ethereum, 33.5%-i Bitcoin Cash, 21.4%-i Dash, 3.3% Monero, 1.3%-i Zcash dəstəkləyir.

image (1)

    Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 4427, Kanada- 754, Böyük Britaniya- 306, Avstriya- 188, İsveçrə-84, İspaniya-80, Çexiya-71, Yunanıstan-66, Almaniya-65, İtaliya-56, Kolumbiya-57, Polşa-56, Rusiya-55, Slovakiya-39, Macarıstan-39, Rumıniya-38, Niderland-34, Avstraliya-24, Ukrayna- 16, Gürcüstan-14.

     Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (32.9%), Genesis Coin (32.7%) və Lamassu (7.7%) ümumi bazarın 73.3%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.

image-2.png

     Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

fb86023d6e

 

Müəllif:  Elnur Quliyev

Leave a Reply