Bitcoin mayninqi üçün ən sərfəli ölkələr

    Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Kriptovalyuta mayninqi kifayət qədər mürəkkəb prosesdir və mayninqin rentabelliyi elektrik enerjisi xərci, mayninq avadanlığının dəyəri və kriptovalyutanın bazar qiyməti kimi faktorlardan aslıdır. Bitcoin – rəqəmsal valyutalar içərisində hazırda ən populyar və qiymətinə görə ən bahalı olan kriptovalyutadır. Bu səbəbdən maynerlərin böyük əksəriyyəti bitcoin mayninqi ilə məşğul olur.

     Elite Fixtures elektrik enerjisinin dəyərini nəzərə alaraq müxtəlif ölkələrdə bir bitcoin mayninqi üçün nə qədər xərc lazım olduğunu araşdırıb. bitcoin-mining.jpg Mayninqin dəyəri hesablanarkən Avalon 6, AntMiner S7AntMiner S9 kimi populyar qurğuların göstəricilərindən istifadə edilib. Elektik enerjisinin qiymətləri barədə məlumatlar isə Beynəlxalq Energetika Agetliyindən, dövlətlərin komunal və içtimai təşkilatlarından alınıb. 115 ölkə içərisində aparılan araşdırmada Venesuela birici oldu. Venesuela elektrik enerjisinin dövlət tərəfindən qismən subsidiya edildiyi bir ölkədir və orda 1 bitcoin mayninqi 531 dollara başa gəlir. İkinci yerdə Trinidad və Tabaqo 1190 dollar, üçüncü yerdə isə Özbəkistan 1788 dollarla yer aldı.

      Bitcoin mayninqinin ən baha başa gələn ölkəsi Cənubi Koreyadır. Burda bir BTC-nin əldə edilməsi 26.170 dollara başa gəlir. Təsadüfi deyil ki, Çənubi Koreya birjalarında BTC-nin qiyməti orta bazar qiymətlərindən nisbətən yuxarıdır. MDB ölkələrindən Özbəkistandan sonra mayninq Ukrayna 1.852, Belarus 2.177, Qazaxstan 2.835, Gürcustan 3.316, Moldava 4.651, Rusiya 4.675 dollara başa gəlir.

mining2

     Statistikaya əsasən ölkələr üzrə mayninqin maya dəyəri aşağıdakı kimidir: ABŞ- 4.758; Çin- 3.172; Hindistan- 3.274; İran- 3.217; Yaponiya- 8.723, Turkiyə- 4.984; Braziliya- 6.741; Danimarka- 14.275; Misir- 3.172;  Estoniya- 5.551; Finlandiya- 7.122; Fransa- 7.930;  Almaniya- 14.275; İspaniya- 11.103; İsveç- 4.746; Niderland- 9.449; Böyük Britaniya- 8.402; Malaziya- 5.147; İsrail- 6.087; Yunanıstan- 9.120; İndoneziya- 4.329; Tayvan- 3.774; İsveçrə- 7.494; Sloveniya- 7.645; Sinqapur- 5.936; Tayvan- 3.774;  Pakistan- 7.137;  Norvec- 7.784; Polşa- 6.931; Makidoniya- 3.914;  Argentina- 4.560; Portuqaliya- 10.825; Belçika-13.482 dollar.

Mayninq üçün ən yaxşı kalkulyatorlar

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma