ABŞ-ın İllinoys ştatı məlumatların blockchain-də saxlanılmasını leqallaşdırdı və smart kontraktların (ağıllı müqavilələr) hüquqi əsaslarını tanıdı. The Blockchain Technology Act yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna əsasən ağıllı müqavilələr, rəqəmsal imza və ya blockchain üzərindəki qeydlər kağız sənədlərinə həqiqi alternativ olaraq müəyyən olunur və məhkəmədə ifadə olaraq qanuni olaraq qəbul edilir.