Dünyanın ilk kriptovalyuta birjası

     Dünyanın ilk kriptovalyuta birjası olan Mt.Gox 2010-cu ilin iyul ayında proqramist Jed McCaleb tərəfindən yaradılıb. Mt.Gox – ilk kriptovalyuta olan bitcoin-in praktiki olaraq ticarət olunduğu yeganə və ilk ən böyük platforma idi. 2013-cü ilin avqust ayına olan məlumata əsasən bitcoin şəbəkəsindəki bütün əməliyyatların 47%-i bu platforma vasitəsilə edilib. Mt.Gox birjasının yaradılması onu göstərdi ki, kriptovalyuta təkcə İT mütəxəssislərinin həvəskar əyləncəsi deyil – yeni rəqəmsal maliyyə aktivinin meydana gəlməsinə bir təkan oldu. Bir çox istifadəçilər üçün Mt.Gox kriptovalyutalar ilə tanış olduqları və onların imkanları haqqında məlumat aldıqları ilk yer olub.

Mt.Gox tarixi

     Mt.Gox platforması ilk dəfə 2007-ci ildə Jed McCaleb tərəfindən Magic: The Gathering oyunu üçün kart satışları üçün yaradılmışdı. 1024х683_pervaja_birzha_2Platformanın adı – Mt.Gox (Magic: The Gathering Online Exchange) oyunun ilk hərflərinin adı ilə simvolizə edilir. 2010-cu ildə Jed McCaleb bitcoin ilə tanış olur və anlayır ki, bu sektorun rəqəmsal aktivlərin rahat alqı-satqısı edilə bilən bir platformaya ehtiyacı var. Beləliklə 2011-ci ilin iyul ayında Mt.Gox domeni ilə ilk kriptovalyuta birjası yaradılır və fəaliyyətə başladığı ilk gün – iyulun 17-də platformada 20 bitcoin satılır. 2011-ci ilin noyabr ayında ticarət dövriyyəsi artıq 27.541 bitcoin olmuşdu. Mt.Gox platformasını 2011-ci ildə MagicalTux ləqəbi ilə bitcoin forumlarında qeydiyyatdan keçmiş fransız bir proqramçı Marc Karpeles alır.

    Mt.Gox birjasına ilk haker hücumu 2011-ci il 19 iyunda baş verib və birjadan 8.5 milyon dollar dəyərində rəqəmsəl aktivlər oğurlanıb. Nəticədə birja bir həftə offline rejimdə olub. Xakerlər birjada bitcoin-in qiymətini süni olaraq 17 dollardan 1 sentə yendirdikdən sonra bitcoinləri alaraq onları öz elektron hesablarına köçürməyi bacarmışdılar. Sonrakı illərdə də birjaya növbəti haker hücümları davam etdi və texnologiya baxımından yüksək səviyyədə təhlükəsizlik sisteminin olmamsı Mt.Gox-un hesablarından hakerlər tərəfindən ümumilikdə 850.000 BTC-nin oğurlanmasına səbəb oldu. Bu hadisə kriptovalyuta bazarında qiymətlərə mənfi təsirini göstərdi. 2014-cü ilin fevral ayında Mt.Gox artıq iflas olduğunu etiraf edir.

    Hazırda 500-dən çox kriptovalyutada birjası və mübadilə platformaları fəaliyyət göstərir lakin Mt.Gox kriptovalyuta sektoru tarixində rəqəmsal aktivlərin mübadilə edildiyi ilk platforma və kriptovalyuta bazarının ən böyük travması olan ilk ən iri bitcoin soyğunçuluğu ilə yadda qaldı.

 

Müəllif:  Elnur Quliyev

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma