FOREX nədir?

   Forex (Foreign Exchange) – bir ölkənin valyutasının digər ölkənin valyutasına nisbətən dəyər qazanıb- itirməsinə bağlı iki tərəfli (alış və satış) ticarət imkanı yaradan maliyyə bazarıdır. Forex bazarı əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə həyata keçirilən valyuta alqı-satqısı üzrə əməliyyətların məcmusunu ifadə edir. Forex bazarı digər maliyyə bazarlarından fərqli olaraq, fiziki məkanda baş vermir və birjadankənar bazar (OTC) tiplidir. Forex bazarı dünyanın ən böyük beynəlxalq valyuta bazarıdır və ən çox ticarət olunan valyutalar: ABŞ Dolları (USD), Auro (EUR), Yapon Yeni (JPY), İsveçrə Frankı (CHF) və İngilis Funt-Sterlinqi hesab edilir. Tokio, Sidney, London, Frankfurt və Nyu-York Foreks bazarının önəmli mərkəzlərindəndir. Həmçinin Foreks bazarında tətbiq olunan kredit dəstəkli ticarət sistemi investorlar üçün cəlbedici şərtlər təklif edir. Forex-i məşhur edən 3 əsas faktor:

image (2)

     Forex bazarında valyuta cütlüklərindən əmtəələrə və indekslərə qədər 100-dən çox maliyyə alətlərində ticarət etmək mümkündür. Bu maliyyə alətləri valyutalar, əmtəə və Fərq müqavilələri (CFD) kimi kateqoriyalaşdırılmışdır. Foreks bazarında əməliyyatlar “canlı” (anındaca) qiymətlər üzrə həyata keçirilir. Qlobal bir bazar olması səbəbilə Forex bazarındakı qiymət dəyişiklikləri daimi və dərhal baş verir. Bu bazarında iki istiqamətli ticarət sayəsində qiymətlər enəndə də, qalxanda da gəlir əldə etmək mümkündür. Həcm olaraq dünya maliyyə bazarlarında ən çox ticarət dövriyyəsi EUR/USD cütlüyü üzrə həyata keçirilir. Lakin bununla yanaşı bir çox ölkələrdə XAU/USD (Qızıl/ ABŞ Dolları), GBP/USD, USD/JPY, USD/CHF kimi maliyyə alətləri ilə də ticarətə üstünlük verilir. Həmçinin Qızıl, Neft, Gümüş, Pambıq, Şəkər kimi əmtəələr və Dow Jones, SP500, NİKKEİ, DAX kimi dünya birja indeksləri ilə də Forex bazarında ticarət etmək çox asandır. Ən iri ticarət həcmləri İngiltərə, ABŞ və Almaniya bazarlarında həyata keçirilməkdədir. Hazırda Forex əməliyyatlarının 70%-i ABŞ Dolları ilə aparılır. Forex bazarının əsas iştirakçıları:

  • Mərkəzi Banklar
  • Kommersiya bankları və market-meykerlər
  • İnvestisiya Fondları
  • İdxal/İxrac edən şirkətlər
  • Fərdi investorlar

bo323

Forex-in yaranma tarixi

    1930-cu ildə İsveçrənin Bazel şəhərində Beynəlxalq Hesablaşmalar Bankı yaradıldı. Bu qurumun yaradılmasında əsas məqsəd yenicə müstəqillik əldə etmiş və ödəniş balansında müntəzəm kəsr müşahidə olunan ölkələrə maliyyə yardımının göstərilməsi idi. 1944-cü il iyul ayında ABŞ-ın Nyu-Hempşir ştatında beynəlxalq “Bretton-Wood” konfransı keçirildi və nəticəsində məşhur “Bretton Woods System” yaradıldı. “Bretton-Wood” konfransı ilə bu günki forex bazarının bünövrəsini qoyan aşağıdakı qərarlar qəbul edildi:

  • Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi əlaqələrini tənzimləyən mərkəzə çevrildi;
  • Beynəlxalq valyuta ehtiyatları olaraq Amerika dolları və Böyük Britaniya funt sterlinqi valyutaları müəyyən edildi;
  • Bütün valyutaların qızıl və ya müəyyən bir qızıl keyfiyyətinə əsaslanaraq ABŞ dolları ilə ifadə edilməsi qəbul edildi;
  • Keçid dövrünün sonunda bütün valyutalar bir-birinə dəyişdirilə (konvertasiya edilə) bilər;
  • Beynəlxalq Valyuta Fonduna üzv ölkələr üzvlük haqlarını milli valyuta və qızıl ilə ödəyə bilərlər.

     Bu razılaşma ABŞ dollarını qızıl ilə yanaşı dünyanın əsas tədavül vasitəsinə çevirdi və dolların kursu  1 troya unsiyası = 35 dollar nisbətdə müəyyənləşdirildi. Dünyada ticarətin həcminin durmadan artması pul kütləsinin çoxalmasını tələb edirdi və artıq beynəlxalq dövriyyədə qızılla təmin olanmayan dollar kütləsi yaranmışdı. Nəticədə  1971-ci ilin 15 avqustunda ABŞ prezidenti R.Nikson dolların qızıla rəsmi məzənnə ilə dəyişdirilməsini müvəqqəti qadağan edir və dolların devalvasiyası başlayır: qızılın 1 troya unsiyasının qiyməti əvvəlcə 38, sonra 42 dollara qalxır. Bu qərar faktik olaraq qızıl-valyuta standartından imtina etmək idi. Bununla da qızılın qiyməti azad bazarın ixtiyarına buraxıldı. 1973-cü il martın 16-da Yamaykada 20 inkişaf etmiş dövlətin qatıldığı konfransda yeni sistemin – Yamayka sisteminin əsası qoyuldu. Bu sistem valyutaların dəyərinin azad bazarda müəyyənləşdirilməsini nəzərdə tuturdu. 1976-cı il yanvarın 8-də Beynəlxalq Valyuta Fonduna üzv ölkələrin maliyyə nazirlərinin Kinqston (Yamayka) sammitində Beynəlxalq Valyuta Bazarının – Forex-in yaradılması haqda qərar qəbul edildi.

     Yeni sistem valyutaların alıcılıq qabiliyyətinin qızılla müəyyənləşdirilməsi prinsipini ləğv etdi. Mərkəzi Banklara valyutaları və qızılı əmtəə kimi alıb-satmağa icazə verildi. “Sərbəst dönərli valyuta” termini yarandı. Mərkəzi Banklar milli valyutaların kursuna təkcə inzibati yox, həm də azad bazar metodları ilə müdaxilə etmək imkanı qazandılar. 1993-cü ildən isə valyuta bazarı onlayn ticarət tətbiq olunmağa başladı.

88

 

Mənbə: investaz.az

 

 

Leave a Reply