Azərbaycanın qeyri-neft ixrac statistikası – 2019

     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”-na əsasən 2019-cu ilin yanvar-dekabr ayları ərzində ölkəmizin qeyri-neft sektoru üzrə ixracı 1 milyard 954 milyon dollar təşkil edib. 2018-ci il ilə müqayisədə 2019-cu ildə 15.7% artım var. 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 690.6 milyon, Türkiyəyə 401.8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159.1 milyon, Ukraynaya  isә 50.6 milyon dollar olub.

1

      “İxrac İcmalı”-da 2019-cu ildə qeyri-dövlət ixracatçı biznes subyektlərinin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC, “Global Expert Fruits” MMC, “Sun Food” MMC, “Natural Fruit” MMC, “Baku Steel Company”, “Azərbaycan Şəkər İstehsalat Birliyi ” MMC, “P-Aqro” MMC.

2

     Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC,  “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərikimya” İB, “Bakı Neft Maşinqayırma Zavodu” TASC.

3

     2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (189,6 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon dolları) üçüncü olub.

4

5

     “İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. 2019-cu ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ildə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.

6

 

Mənbə: iqtisadiislahat.org

Leave a Reply