Maliyyə və bank sektorunda blokçeyn texnologiyasının tətbiqi imkanları

     Blokçeyn (blockchain) son dövrlərin ən populyar texnoloji yeniliklərindən biri hesab olunur. Blokçeyn texnologiyası daha çox ilk kriptovalyuta olan bitcoin ilə əlaqədar məşhurlaşıb. Bu texnologiya eyni zamanda kriptoqrafiya, mərkəzləşdirilməmiş server, avtonom rejim, məxfilik kimi bir neçə konsepsiyanı özündə birləşdirir və şəffaflıq, təhlükəsizlik, verilənlərin dəyişməzliyi elemetləri ilə öz cəlbediciliyini təmin edir.

    Blokçeyn texnologiyasının elektron səsvermə, əşyaların interneti, smart müqavilələr, müəllif hüquqlarının qorunması, təchizat zəncirinin təşkili, notarius xidməti, daşınmaz əmlak, maliyyə xidmətləri, media, nəqliyyat, təhsil, səhiyyə, turizm və İT sektorunda real tətbiqi pilot layihələr çərçivəsində artıq 2017-ci ilin əvvəlindən başlanılıb. 960x0 Blokçeyn şəbəkəsində mərkəzi idarəetmə orqanı olmadan tranzaksiyaların həqiqiliyini təmin etmək üçün konsensus protokollarından istifadə edilir. Bu protokollar qrup qərarlarının qəbul edilməsi mexanizmidir və blokçeyn arxitekturasının çox vacib komponentidir. Bu səbəbdən texnologiyanı “Blockchain 1.0” (kriptovalyutalar), “Blockchain 2.0” (smart kontraktlar) və “Blockchain 3.0” (real sektorda tətbiq edilməsi) inkişaf mərhələlərinə ayırmaq olar. Texnologiyanın tətbiqi və hətta tətbiqi imkanlarının araşdırılması böyük xərclər və yüksək ixtisaslı mütəxəssislər tələb etdiyindən hazırda bu sektora real investisiya edən əsasən iri korporativ banklar və maliyyə xidmətləri təklif edən şirkətlərdir.

    Blokçeyn texnologiyasının bank və maliyyə sisteminə xas olan kağız-sənədləşmə prosedurları, yüksək komissiyalar, əməliyyat xərclərinin azaldılması və onlara sərf olunan zamanın minmumlaşdıırılması, kiber hücumların qarşısının alınması və fırıldaqçılıq hallarının müəyyən edilməsi və s kimi faktorları aradan qaldırmaq potensialı var. Maliyyə xidmətlərinin rəqəmsal transformasiyası sadəcə zaman məsələsidir və blokçeyn texnologiyasının potensialı bu transformasiyanın qaçılmaz olduğunu aydın şəkildə anlamağa imkan verir. Deutsche Bank, ABŞ Federal Ehtiyyatlar Sistemi, Barclays Bank, JPMorgan Chase, Wells Fargo, HSBC, BNP Paribas, Mitsubishi UFJ Financial Group (MUFG), Banco Santander, Royal Bank of Canada, Citigroup kimi nüfuzlu maliyyə qurumları artıq blokçeyn həllərdən istifadə edirlər. Əslində iri maliyyə təşkilatlarının blokçeyndən istifadəyə vadar edən əsas səbəb – sektor üzrə lider mövqelərin itirilməsi qorxusudur (Fear Of Missing Out).

BL

      2017-ci ilin oktyabr ayında JPMorgan Chase və 70-dən çox bank SWIFT-in blokçeyn analoqu olan – Interbank Information Network (İİN) test etməyə başladı. İİN – bazar iştirakçıları üçün bank əməliyyatlarının maksimum şəffaflığını təmin edən Quorum blokçeyninə əsaslanan bir sistemdir və banklar üçün aşağıdakı üstünlükləri təqdim edir:

  • sənəd dövriyyəsinin azalması hesabına xərcləri minimumlaşdırmaq;
  • ödənişləri sürətləndirmək, xüsusən də səhv ünvanlar və ya müəyyən məlumatların olmaması səbəbindən gecikdirildikdə;
  • fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması faktlarının sayını azaltmaq.

      2018-ci ilin aprel aynda İspaniyanın ikinci ən böyük bankı olan BBVA (Banco Bilbao Vizcaya Argentaria) blokçeyndən istifadə edərək korporativ müştərisinə 75 milyon avro məbləğində kredit verən ilk maliyyə qurumu oldu. Kredit şərtlərinin müzakirəsindən başlayaraq kredit müqaviləsinin imzalanmasına qədər olan bütün prosedurlar blokçeyn texnologiyası əsasında aparılıb. Bank hazırda müştərilərlə ünsiyyət üçün tam bir rəqəmsal dövrü təmin edən blokçeyn həllərinin yaradılması üzərində işləyir. BBVA yeni texnologiya ilə işləməyin əsaslarını öyrədən və gələcəkdə baş verən dəyişikliklərə hazır olmaq üçün bankdaxili blokçeyn akademiyasını qurmağı planlaşdırır. Banklarda blokçeyn texnologiyasının tətbiqi aşağıdakı xidmətlərinin göstərilməsində xərclərin əhəmiyyətli dərəcədə azaldımasına faydalı ola bilər:

  • Müştəri məlumatları reyestirinin formalaşdırılması;
  • Biznes proseslərin avtomatlaşdırılması;
  • Sənəd dövriyyəsinin effektivliyinin artırılması;
  • Əməliyyatların emaledilmə sürətinin artırılması;
  • Nəğd ödənişlər üzrə əməliyyatlar;
  • Beynəlxalq ödənişlər.

     Yuxarıda qeyd etdiyim amillər banklara rəqabət üstünlükləri verir ki, mövcud bazar şəraitində bunları nəzərə almamaq mümkün deyil. Bu səbədən bütün böyük banklar ya blokçeyni tətbiq edirlər, ya da bu istiqamətdə araşdırmalar aparırlar. Blokçeyndən istifadə edərək həyata keçirilən əməliyyatlar dörd əsas üstünlüyə malikdir: etibarlılıq, şəffaflıq, sürət və iqtisadi səmərəlilik. Lakin bu o demək deyil ki, bu texnologiya bütün problemləri həll edə bilən universal vasitədir.

Blokçeyn texnologiyasının tətbiqini gecikdirən əsas amillər:

  • Blokçeyn texnologiyanın istifadəsi qanunvericilik səviyyəsində hələ ki, müəyyən edilməyib. Bununla əlaqədar olaraq verilənlər bazasında əks olunan məlumatların blokçeyn əsasında tanınmasının heç bir hüquqi əsası olmur;
  • Blokçeynin tətbiqi və tətbiqi imkanlarının araşdırılması kifayət qədər iri maliyyə vəsaiti və zaman tələb edir. Kiçik və orta biznes üçün bu istiqamətdə maliyyə resurslarının cəlb edilməsi çox zaman mümkün olmur;
  • Texnologiyanın maliyyə sektoruna uğurlu transformasiyası üçün həm maliyyə-bank sektorunda, həm də blokçeyn sahəsində biliklərə malik peşəkar mütəxəssislər çatışmır;
  • Mövcud qanunların icrasının çətinliyi. Avropa Birliyində vətəndaşların “unutma hüququ” var. Yəni, onlar özləri haqqında şəxsi məlumatların çıxarılmasını tələb etmək hüququna malikdirlər. Blokçeyndə isə məlumatlar dəyişməz qalır və qorunur. Sistem istənilən seçilmiş hər hansı bir məlumat çıxarmağa və dəyişməyə imkan vermir.

      Flying University 2019-cu ilin sentyabr ayında tədqiqat apararaq rəqəmsal valyutalar və blokçeyn texnologiyası ilə əlaqəli biznes layihələrinin yaradılması və inkişafı üçün ən əlverişli şərtlərin olduğu ölkələrin reytinqini tərtib edib. Tədqiqat müxtəlif ölkələrdə hüquqi, siyasi və infrastruktur şəraitinin qiymətləndirilməsini özündə cəmləşdirən xüsusi metodologiya əsasında aparılıb və həmin ölkələrin iqtisadiyyatlarında blokçeyn və onunla əlaqəli texnologiyaların təsiri altında baş verən dəyişikliklərə üstünlük verilib. Reytinq üzrə ilk 5 yeri Estoniya, Avstraliya, Sinqapur, Yaponiya və İsveçrə tutub. MDB ölkələri üzrə reytinqdə ən yüksək yeri Belarus tutub.

   Azərbaycanda maliyyə sektorunda blokçeyn texnologiyasının tətbiqi imkanları Mərkəzi Bank tərəfindən araşdırılır. Mərkəzi Bank 2018-ci ilin sentyabr ayında blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün IBM East Europe/Asia Ltd şirkəti ilə müqavilə bağlayıb. Rəqəmsal identifikasiya sisteminin 2020-ci ilin 1-ci rübündə istifadəyə verilməsi planlaşdırılır. Yeni sistem kredit təşkilatlarına ötürülən fərdi məlumatların təhlükəsizlik səviyyəsini yüksəldilməsinə və bank əməliyyatlarının məsafədən həyata keçirilməsinə imkan yaradacaqdır. İlkin mərhələdə hüquqi və fiziki şəxslərə hesabların açılmasını məsafədn həyata keçirilməsi planlaşdırılır. Bundan sonra isə digər bank xidmətləri və çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlərin monitorinqinin avtomatlaşdırılması planlaşdırılır. Rəqəmsal identifikasiya sisteminin inteqrasiyasının birbaşa nəticəsi Mərkəzi Bankın “açıq bankçılığa” keçməsi olacaq.

  1111  Hesab edirəm ki, blokçeyn texnologiyası mövcud biznes layihələrinə tam inteqrasiya üçün hələ tam inkişaf etdirilməyib və daha ciddi araşdırmalara aparılmalıdır. Banklar öz müştərilərini innovativ və ən qabaqcıl maliyyə məhsulları ilə təmin etmək istəsələr də hazırda blokçeyn əsaslı xidmətlərin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün dəqiq standartlar hələ də mövcud deyil. Faktiki olaraq, qərar qəbul edən şəxslər bu texnologiyanın dəqiq necə tətbiq ediləcəyini başa düşməkdə çətinlik çəkirlər. Texnologiyanı daha yaxşı başa düşmək, yeni ideya və innovasiyaları real sektora inteqrasiya etmək üçün blokçeyn sahəsində elmi-praktiki tədqiqatların aparılmasına və tətbiqinə ehtiyac var.

 

Müəllif:  Elnur Quliyev

 

Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri

Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!

Azərbaycanda dövlətin maliyyə dəstəyi mexanizmləri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma