“Top 10” bitcoin balinalar

    Bitinfocharts.com analitik portalı balansında ən çox bitcoin olan 10 BTC-cüzdan barədə statistik məlumat dərc edib. Statistikaya əsasən balansında ən çox – 255.502 BTC olan cüzdan Huobi kriptovalyuta birjasına məxsusdur. Bitfinex, Binance və Bittrex kimi birjalar da balansına görə ən iri BTC-lərə malik cüzdanların ilk onluqda yer alıblar.

Top-Bitcoin-Addresses

     “Top 10”-da olan “bitcoin balinalar” içərisində 7-ci yerdə qərarlaşan və balansında 79.957 BTC olan BTC-cüzdan xüsusilə diqqəti cəlb edib. Məsələ ondadır ki, bu cüzdandan olan BTC-lər 2011-ci ildən etibarən tərpənməz olaraq qalır. 9 ildir bu cüzdan üzrə heç bir hərəkətlilik izlənilməyib. Ehtimal olunur ki, bu cuzdan 2011-ci ildə hack edilmiş MtGox birjasıbdan oğurlanan BTC-lər ilə əlaqəlidir. Bu qədər müddətdir balansda olan BTC-lərin tərpənməz olmasının 2 əsas səbəbi ola bilər: ya cüzdan sahibi parolu itirib, ya da ki, balansda olan BTC-ləri nəzarətsiz real bazarda sərfəli qiymtə nəğdləşdirməkdən çəkinir. Adətən balansında iri məbləğdə BTC olan cüzdanlar nəzarət altında olur və onlar vasitəsilə aparılan bütün əməliyyatlar analitik şirkətlər, treyderlər və kripto-cəmiyyət tərəfindən izlənilir. Balansında iri məbləğdə olan cüzdanların istənilən formada olan hərəkətliliyi birbaşa kriptovalyuta bazarındakı qiymətlərə təsir edir.

image (1)

Leave a Reply