VÖEN nədir?

   Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. 2001-ci ilin 1 yanvar tarixindək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”.

D2019LZWsAAeTLD

  Vergi ödəyicilərinin vahid qeydiyyat sistemi VÖEN vasitəsilə həyata keçirilir və vergi ödəyicilərinin edintifikasiya nömrəsi şəklində açıqlanır. Azərbaycan Respublikası vergi məcəlləsinə görə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər yalnız VÖEN nömrəsi aldıqdan sonra fəaliyyət göstərə bilərlər. İstənilən şəxs təkcə şəxsiyyət vəsiqəsi ilə yaşadığı ərazinin Vergi İdarəsinə və ya ASAN Xidmət mərkəzinə yaxınalaşaraq VÖEN açmaq üçün müraciət edə bilər.

    Fiziki şəxsin uçotunun ləğvi aşağıdakı hallarda vergi orqanına daxil olmuş məlumatlar əsasında başlanılır:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə – onun və ya səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında;
  • Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin müvafiq qərarı əsasında;
  • Fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə əsasında.

  Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Vətəndaşın heç bir fəaliyyəti yoxdursa VÖEN-i necə bağlaya bilər?

   Vergi ödəyicisi kimi fəaliyyətin müvəqqəti dayandırılması və ya fəaliyyətə xitam verilməsi üçün yerinə yetirilməli olan hərəkətlər fərqlidir. Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqqında müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır. Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

    Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisi uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir. Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş” göndərilir.

Vergi idarəsinə getmədən VÖEN-i bağlamaq mümkündür?

    Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən (https://www.e-taxes.gov.az) hüquqi şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür. Bu barədə ətraflı məlumatı “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (http://vn.taxes.gov.az/reqlament/7.24.pdf ) vasitəsilə əldə edə bilərsiniz.

VÖEN haqqında məlumatlar itirildikdə ne etmək lazımdır?

    VÖEN üzrə istifadəçi kodu, parol və şifrə itirildikdə (unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib edib poçt vasitəsilə qeydiyyatda olduğunuz vergi orqanına (rayonlar üzrə vergi şöbələrinin siyahısı) təqdim etməlisiniz. Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulma qaydası: ərizə və arayış formaları

VÖEN-nin aktiv olub-olmamasını necə öyrənmək olar?

   VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən (https://goo.gl/U5F1jJ) istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz. Fəaliyyənizin aktiv və ya passiv olması barədə məlumat əldə etmək istəyirsinizsə bu barədə kağız daşıyıcısında və ya elektron formada müraciət göndərə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə (https://goo.gl/KqJqaB) müraciət edə bilərsiniz.

Qeyd: Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Diqqət! Koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyət tətbiq edilib. Müraciətlərin onlayn qəbulunun həyata keçirilməsi üçün vergi xidmət mərkəzlərində çalışan əməkdaşlarla elektron ünvanlar və telefon ilə əlaqə saxlamaq olar: SİYAHI

Müəllif:  Elnur Quliyev

 

FİN kod nədir?

Elektron İmza nədir?

Asan İmza nədir?

IBAN nədir?

Mənbə: taxes.gov.az

Leave a Reply