Koronavirusa yoluxma sayı – rəsmi STATİSTİKA

    Ümumdünya Səhiyyə Təşkilatının məlumata əsasən koronavirus pandemiyasının (COVID-19) yayıldığı ölkələrin sayı 199-a yüksəlib. Dünyada bu virusa yolxanların sayı və ölkələr üzrə yayılma nisbəti üzrə statistika – worldometers.info saytında dərc edilir. Bu rəqəmlər hər gün, hər saat dəyişir və məlumatlar yenilənir.

Koronavirusa yoluxanlar, vəfat edənlər, sağalanlar üzrə STATİSTİKA – hər saat yenilənir.

Ölkələr üzrə rəsmi STATİSTİKA – hər saat yenilənir.

626db81e0372a17fdb7b5d38feb1b13a

     Azərbaycanda koronavirus pandemiyası ilə әlaqәli cari vəziyyətlə bağlı məlumatları – koronavirusinfo.az saytında əldə etmək mümkündür. Prezidentin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Fondun əsas məqsədi Azərbaycanda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fonda ianə etmək üçün bu linkdən istifadə etmək olar.

image

Qeyd. Koronavirus simptomları:

  • 1-3-cü günlər: soyuqdəymə və qripəbənzər simptomlar ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı görülə bilər. Həzm sistemi zəifdirsə, ürəkbulanma müşahidə oluna bilər.
  • 4-cü gün: boğaz ağrısı şiddətlənir, səs qalınlaşır. Yeyib-içməkdə çətinlik yaşanıla bilər. Yüngül baş ağrısı ilə birlikdə ishal başlayır.
  • 5-ci gün: boğaz ağrısı şiddətlənir. Yeyib-içmək olduqca ağrılı hala çevrilir. Bədəni və bədən üzvlərini hərəkət etdirmək sancı verir. Oynaq ağrıları müşahidə edilir.
  • 6-cı gün: quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq başlayır. Ürək bulanması artır. Bəzən nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.
  • 7-ci gün: Temperatur 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. Baş və bədən ağrıları ilə birlikdə qusma da şiddətli hala çevrilir.
  • 8-ci gün: Nəfəs almaq çox çətinləşir. Sinə hissəsi çox ağır hiss olunur. Öskürəklə birlikdə baş və oynaq ağrıları kəskin şəkildə artır. Bədən temperaturu 38 dərəcədən artıq olar.
  • 9-cu gün: Bütün simptomlar şiddətlənir. Üz və dodaqlar da göyərir. Öskürək və bəlğəm şiddətlənir. Bədən və baş ağrıları ilə birlikdə qusma çox şiddətli hala çevrilir.

Bu simptomlara sahibsinizsə dərhal tibbi yardıma müraciət etməlisiniz.

Leave a Reply