Alibaba “COVID-19” ilə mübarizə üçün Azərbaycana yardım edəcək

   Alibaba Foundation və Jack Ma Foundation martın 29-u Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Vyetnam, Butan və Hindistana “COVID-19” ilə mübarizə üçün 1.7 milyon üz maskası, 165.000 test dəsti, xüsusi qoruyucu geyimlər və digər tibbi ləvazimatlarla yardım edəcəyini elan edib. Artıq Hindistan üçün tibbi ləvazimatların ilk partiyası Dehliyə çatdırılıb və Hindistan Qırmızı Xaç Təşkilatına təhvil verilib. Bununla da hər iki fond 23 asiya ölkəsinə ümumilikdə 7.5 milyon üz maskası, 485.000 test dəsti və 100.000 ədəd qoruyucu tibbi geyimlər yardım etmiş olub.

Jack-Ma-Foundation-Alibaba-Foundation-donations

    Jack Ma: “Bütün ailələri “Covid-19″-dan qorumaq üçün gərgin mübarizədə dünya birliyi ilə birlikdə olmağa çalışırıq. Vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəvəyik. Ən başlıcası tibbi ləvazimatların ehtiyac duyulduğu yerə tez bir zamanda çatdırmaq üçün maddi-texniki problemlərin öhdəsindən gəlmək üçün çalışırıq.”

      Alibaba Foundation 2011-ci ildə, Jack Ma Foundation isə 2014-cü ildə Alibaba Group-un qurucusu Jack Ma tərəfindən təsis edilib. Jack Ma Foundation – təhsil, sahibkarlıq, qadın liderliyi, Alibaba Foundation isə ətraf mühit üzrə məsələrin həllinə yönəlib.

 

 

Elnur Quliyev

 

Leave a Reply