Sahibkarlara maliyyə dəstəyi: SUALLAR və CAVABLAR

      Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq etdiyi Tədbirlər Planına əsasən Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri artıq açıqlanıb. Buna baxmayaraq bir çox sahibkarlar hələ də vəsaitlərin hansı formada və necə veriləcəyini, maliyyə dəstyinin hansı fəaliyyət sektorlarına aid olması barədə məlumatlar tam aydın deyil. Bu səbəbdən ən çox verilən suallar və onların cavablarını təqdim edirik.

1. Pandemiyadan zərər çəkən fəaliyyət sahələri hansılardır?

– Azərbaycanda maliyyə dəstəyinin göstərilməsi üçün pandemiyadan zərər çəkmiş 4 əsas fəaliyyət istiqamətləri müəyyən edilib:

  • Sənaye sektoru üzrə:
  • İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).
  • Ticarət sektoru üzrə:
  • Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);
  • Mebel istehsalı və satışı;
  • Zərgərlik məmulatlarının satışı.
  • Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:
  • yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
  • turoperator və turagent fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;
  • ictimai iaşə fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • hazırlıq (tədris) və ixtisasartırma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;
  • bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti,
  • özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları);
  • avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.
  • Nəqliyyat sektoru:
  • Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti.

2. Dövlət dəstəyindən faydalanmaq üçün sahibkar nə etməlidir?

– Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər.

3. Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?

– Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.

4. Əməkhaqqının ödənilməsi ilə bağlı sahibkardan hansı məlumatların verilməsi tələb olunur?

– Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları – vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları – avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.

5. Bu məlumatlar yoxlanacaqmı?

– Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.

6. Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa bunu düzəltmək imkanı olacaqmı?

– Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

7. Ödənişlər nə vaxt veriləcək?

– Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

8. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürələcək?

– Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.

9. Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?

– Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Nümunə: Sahibkarın 12 işçisi var. Aprel ayı üçün onlardan 4-ü 400 manat, 6-sı 650 manat, 2-si isə 900 manat əməkhaqqı alır. Bu halda işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən, həmin ay üçün 10 nəfər öz əməkhaqqıları həcmində, 2 nəfər isə orta aylıq əmək haqqından yuxarı maaş alan işçilər isə 712 manat əmək haqqı alacaqlar.

10. Sahibkar bu vəsaitləri digər xərclərinə yönəldə bilərmi?

– Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

11. Maliyyə dəstəyi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?

– Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.

12. Maliyyə dəstəyi fərdi sahibkarlara necə ödəniləcək?

– Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.

13. Maliyyə dəstəyinin göstərilməsi anına, sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?

– Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya  büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.

14. Fərdi sahibkarlara dövlət dəstəyinin minimal həddi varmı?

– Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi isə 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

15. Maliyyə dəstəyinin göstərilməsi üçün onlayn müraciət olunma qaydası necədir?

– Onlayn müraciətin tərtib olunması üzrə video təlimat

16. Maliyyə dəstəyi proqramının başlanması barədə haradan xəbər tutmaq olar?

– “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə, həmçinin onların mobil telefonlarına SMS vasitəsilə göndərilir.

 

Koronavirusdan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi mexanizmləri

Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək proqramları

Koronavirusla Mübarizəyə Dəstək Fondu

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma