Fitch Ratings: 1 dollar = 1.7 manat olması Azərbycan üçün bahadır

     “Fitch Ratings” reytinq agentliyi aprelin 10-da “Azerbaijan – Rating Action Report” adlı hesabatında Azərbaycanın xarici valyutada uzunmüdətli defolt reytinqini “Sabit”-dən “Neqativ”-ə dəyişib və «BB+» səviyyəsində təsdiqləyib. Hesabata əsasən reytinqin “Sabit”-dən “Neqativ”-ə dəyişməsinin əsas səbəbi neftin ucuzlaşması və koronavirusla əlaqədar olaraq ölkənin yaşadığı ikiqat şokun xarici aktivlərinə təsiri, eləcə də bu vəziyyətin makroiqtisadi sabitliyi pozulması riskini yaratmasıdır.

Hesabatda qeyd edilən əsas məqamlar:

  • Dünya bazarında neftin qiymətinin fevralın sonundan indiyədək 32% azalmasına baxmayaraq, Azərbaycan hökuməti manatın məzənnəsini 1,7 manat həddində saxlaması həddən artıq baha başa gəlir və xarici təzyiqlər zəifləməsə, bu inadkarlığın nəticəsi olmayacaq. Çünki neftin qiymətindən yüksək dərəcədə aslı olan Azərbaycanda ÜDM-nin 40%-i, ixcracın 90%-i, vergilərin 3-də ikisi isə neft sektorunun payına düşür.

dollar 1

  • Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında 2,9 milyard (təkcə martda 1.9 milyard) dollar satıb. Neft Fondunun bu üç ayda satdığı valyuta Fondun büdcə qarşısında 6,7 milyard dollarlıq illik öhdəliyinin 45%-ni təşkil edir. Valyuta hərraclarında satılan dolların həcmi martın 10-da pik həddə çatıb (323 milyon dollar), sonradan davamlı azalaraq aprelin 9-da 55 milyon dollara enib. Əgər neftin qiyməti aşağı olduğu təqdirdə manatı qorumaq lazım olsa, hətta bu cür aşağı tələb halında belə, valyutanın satış sürəti xarici aktivlərin azalmasına gətirib çıxara bilər. Azərbaycanın hazırda xarici aktivləri yüksəkdir və Mərkəzi Bankla Dövlət Neft Fondunun vəsaitlərini birgə hesabladıqda 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir. Bu ölkənin 27 aylıq idxalına bərabərdir.
  • Azərbaycan iqtisadiyyatı üçün əsas risklərdən biri kimi həyata keçiriən iqtisadi siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmadığını qeyd edir. «2014-2015-ci illərdə neftin aşağı qiyməti ilə bağlı şoklar zamanı Azərbaycanın təcrübəsini nəzərə alanda bu vəziyyət səhv etmək riskini artırır»-deyə açıqlamada deyilir. Agentlik bildirir ki, hazırda Azərbaycanda depozitlərin dollarlaşması səviyyəsi (2019-un sonuna 61%) və kreditlərin dollarlaşma səviyyəsi (35%) 2015-ci ildə olandan aşağıdır. Lakin bu göstəricilər 2014-cü ildən yüksəkdir və mümkün devalvasiyanın potensial təsirini artırır.
  • Neftin qiymətinin düşməsi Azərbaycanın tədiyə balansında cari əməliyyatlar saldosunun xeyli pisləşməsinə səbəb olacaq. Əsas səbəb odur ki, cari əməliyyatlarda gəlirlərin 67%-i malların ixracının payına dühür. «Fitch» proqnoz edir ki, cari əməliyyatlar saldosu 2019-cu ildə müsbət 9,3%-dən, 2020-ci ilin sonunda mənfi 2,8% (ÜDM-ə nisbətdə) olacaq. Çünki malların idxal-ixracı üzrə profist 2019-cu ildə 18% olduğu halda 2020-ci ildə cəmi 5% (məbləğin ÜDM-ə nisbəti) təşkil edəcək. Cari əməliyatlar üzrə profisit 2021-i ildə (neftin qiyməti artarsa) 5.2% təşkil edəcək.
  • Koronavirus pandemiyasına qarşı görülən tədbirlər və neftin qiymətinin ucuzlaşması iqtisadi aktivliyin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnəcək. «Fitch» proqnoz edir ki, real ÜDM 4,8% azalacaq. Çünki uzun məzuniyyətlər və məhdudiyyətlər səbəbindən gəlirlər, tələbat və qeyri-neft iqtisadiyyatının aktivliyini azaldacaq. Neftin qiyməti və tələbat bərpa olunsa real ÜDM-nin artımı 2021-ci ildə 2,5% təşkil edəcək.
  • Neftin qiymətinin düşməsi nəticəsində büdcə kəsiri ilin əvvəlində güman edilən 4,4% əvəzinə ÜDM-in (Ümumi Daxili Məhsul) 6,8%-i qədər olacaq. «Fitch» hesab edir ki, bücənin zərərə düşməməsi üçün neftin qiyməti 50,5 dollar olmalıdır.
  • Neftin kəskin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərini xeyli azaldacaq. Halbuki, bu dövrdə sosial ödənişlərin artımı gözlənilir, çünki işsizliyin 2019-cu ildəki 5%-dən bu il 8%-ə yüksəlməsi gözənilir.

  • Koronavirus və neftin ucuzlaşması bankların aktivlərinə də öz təsirini göstərəcək. Azərbaycan bankları 2015-ci ildəki devalvasiya nəticəsində aktivlərin keyfiyyətinin pisləşməsindən sonra nisbətən özlərinə gəlməkdədir lakin hələ də zəif olaraq qalırlar. Bu fakt Fitch Banking System Indicator (BSI) göstəricisində də əksini tapıb. Bank sektorunda vaxtı keçmiş kreditlərin payı 2019-u ilin oktyabrında 11% olmaqla analoji rektinqlərdən daha yüksəkdir. 2017-ci ildə borcların restrukturizasiyasından sonra Mərkəzi Bank gəlirliliyi və aktivlərin keyfiyyətini artırdı.
  • Azərbaycan Dünya Bankının biznesə yaradılan şəraiti əks etdirən «Doing Business» reytinqində 2019-cu ildə 87%, 2018-ci ildə isə 70% nəticə ilə ciddi irəliləyişə nail olub. Lakin ölkənin qeyri-neft sektoru üzrə xarici investisiyalar cəlb etməsi qabiliyyəti hələ də qeyri-müəyyəndir.

    “Fitch Ratings”-in Azərbaycanla bağlı reytinqin növbəti açıqlanması 2020-ci ilin iyun ayında nəzərdə tutulub.

 

Azərbaycan manatı – əskinaslar və mənaları

 

Mənbə: fed.az / fitchratings.com

Leave a Reply