Azərbaycanda karantin rejimi uzadıldı!

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadıldı. Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti 2020-ci il 4 may tarixinədək uzadılır. Yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

    Karantin rejiminin uzadılması ilə bağlı ilkin açıqlamalar artıq 15 aprel 2020-ci il Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  verilmişdi:

     TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı: “20 aprel tarixindən sonra karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargaha təkliflər hazırlayırıq. Epidemioloji qanunauyğunluğa görə, vaksinasiya tapılmayana qədərə ölkə əhalisinin əksəriyyəti bu virusa yoluxa bilər. Bu məsələyə ən vacib, milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq. Karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil.”

  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov: “Karantin müddətinin yaxın vaxtlarda bitməsi hələ ki, müzakirə mövzusu deyil.”

konfrans
Operativ Qərargahın mətbuat konfransı – 15.04.2020

 

Karantin rejimində icazələrin alınması qaydaları

Azərbaycanda xüsusi karantin rejiminin şərtləri

Leave a Reply