Bitcoin qalxdı, Neft dəyər itirdi

    Aprelin 21-i ABŞ-ın WTI markalı neftinin qiymətindəki tarixi eniş gözlənildiyi kimi bitcoin-in qiymətində kəskin dəyişikliyə təsir göstərmədi. Bitcoin 6.750 dollara qədər düşsə də yenidən 7.140 dollara qalxdı. Neft fyuçersləri isə sıfırdan da aşağı düşdü. Neftin 0-dan aşağı satılması o deməkdir ki, alıcıya xammalın daşınma və saxlanc üzrə xərclər satıcı tərəfindən ödənililir. Brent markalı neft isə aprelin 22-si 15.95 dollara qədər ucuzlaşsa da Meksikanın 200 quyuda hasilatı “OPEC+” çərçivəsində razılaşmaya uyğun dayandırmasını elan etməsindən sonra 22.36 qədər artdı. Buna baxmayaraq neft qısa zamanda yenidən 20.67 dollara endi. Göründyü kimi bazarda satbillik yoxdu. Nefti alan yoxdur deyə satıcılar artıq “MİNUS PRİCE” əməliyyatlarına keçiblər: nefti pulsuz alana hər barrel üçün bonus təklif edilir. Təbii ki, bu proses müvəqqəti xarakter daşıyır lakin faktiki olaraq hazırda neftin qiyməti bazarda neftə olan real tələbat müəyyən edir.

    Dünya bazarında baş verənlərin nəticəsi olaraq bitcoin 7.000 dolları keçməyi bacardı. Növbəti hədəflər 8000 və 8500 dollardır. Bitcoin-in qiymətinin artmasına əsas səbəb kimi makroiqtisadi qeyri-müəyyənlik və 13 mayda baş verəcək “bitcoin halving”-i göstərmək olar. İnvestorlar hesab edir ki, ABŞ-ın iki trilyon, Yaponiyanın isə üç trilyon dollarlıq iqtisadiyyatın təşviq planının təsdiqləməsi bu ölkələrin valyutalarının dəyərsizləşməsi ilə nəticələnəcək. Bu baş verdikdə isə insanlar qızıl, bitcoin, daşınmaz əmlak və sair kimi anti-inflyasiya aktivləri axtaracaqlar. Bitcoin-ə olan tələbin artması və təklifin azalması qiymətlərin artmasına səbəb olacaqdır. Hesab edirəm ki, hazırda dünya neft bazarında baş verənlərə baxmayaraq bitcoin yaxın zamanda 8000 dolları keçməyi bacaracaq.

bitcoin 7000

Müəllif:  Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma