CoinATMradar.com-ın 30.04.2020 tarixinə olan məlumatına əsasən dünyada 7.752 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 68.2%-i Litecoin, 62.6%-i Ethereum, 34.5%-i Bitcoin Cash, 20.8%-i Dash, 2.5% Monero, 1.1%-i Zcash dəstəkləyir.

Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 5727, Kanada- 777, Böyük Britaniya- 302, Avstriya- 141, İsveçrə-84, İspaniya-84, Çexiya-69, Yunanıstan-67, Almaniya-69, İtaliya-59 və s.
Quraşdırılmış kripto bankomantların sayı illər üzrə:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2028 ədəd
- 2018-ci il – 4109 ədəd
- 2019-cu il – 6387 ədəd.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (33.6%), General Bytes (30.7%) və BitAccess (9.3%) ümumi bazarın 73.6%-nə sahibdir.

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Müəllif: Elnur Quliyev
