Fiskal ID nədir?

     Fiskal ID – malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12 simvoldan ibarət unikal identifikatordu. Fiskal ID yeni nəsil çek formalarının üzərində çap olunması zəruri olan məlumatdır.

Screenshot_20200513-002004_Gallery

    ƏDV-nin bir hissəsini geri almaq üçün kassa çekinin üzərindəki 12 simvoldan ibarət Fiskal ID elektron kabineti vasitəsilə sistemə daxil edilməlidir. Nəzərə almaq lazımdır ki, Fiskal ID yalnız xüsusi kassa aparatları ilə çap edilən çeklərin üzərində vurulur. Bununla belə çox zaman çekin üzərindəki Fiskal ID (çek üzrəində Fiscal ID yazılır) simvollarını vizual olaraq müəyyən etmək şox zaman çətin olur. Bu zaman BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan “QR kod”-u oxutmaqla ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. 

Atol_20F

     Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilib. ƏDV-nin qaytarılması mexanizmi həm sahibkarlar tərəfindən daxilolmaların uçotunda şəffaflığın yüksəldilməsi, həm də istehlakçı hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən aparılan kompleks tədbirlərdən biridir. Bu mexanizimin tətbiqi istehlakçılar tərəfindən nağdsız ödənişlərin həcminin artmasına, uçotdankənar satışların qarşısının alınmasına səbəb olmaqla, eyni zamanda əhali arasında müasir texnologiyanın nailiyyətlərindən istifadə üzrə vərdişlərinin təkmilləşməsinə kömək olacaqdır.

 

Müəllif:  Elnur Quliyev

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma