Çin kriptovalyutalar haqqında kitab buraxdı

      Çin Kommunist Partiyası kriptovalyuta mövzusuna həsr edilmiş öz kitabını nəşr etdi. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin məktəbi kimi tanınan Mərkəzi Partiya Məktəbi yeni texnologiyalara (blockchain və süni intellekt) dair bir sıra kitablar nəşr etdirib. Növbəti belə kitab – “Partiya liderləri ilə kriptovalyutalar mövzusunda dialoq” adlanır.

      Kitab kağız pulların yaranması tarixindən bəhs edir, sonra hazırkı pul-kredit sistemi haqqında məlumat verir, sonda isə müəlliflər bitcoin-in yaranma tarixini təsvir etməyə başlayır. Kitabda rəqəmsal valyutalar və onların gələcəyi, İCO və kriptovalyuta birjalarının işləmə prinsipləri haqqında ətraflı məlumatlar verilib. Kitabda bütöv bir fəsli Mərkəzi Bankların rəqəmsal valyutalarına (CBDC) həsr edilib. Rəqəmsal yuanın inkişafı strategiyası və bunun mövcud ödəniş sisteminə təsiri izah edilib.

kk

    Xatırladaq ki, Çin Mərkəzi Bankı cari ilin aprel ayından dörd fərqli əyalətdə (Şençjen, Suçjou, Çendu, Syunyan) rəqəmsal valyutalarla pilot proqramlarına başlayıb və bu əyalətlərin rəsmiləri artıq ilk maaşlarını rəqəmsal yuanda alıblar. Çin 2022-ci il Qış Olimpiya Oyunlarında rəqəmsal yuandan istifadə etməyi planlaşdırır.

 

Leave a Reply