Ethereum – 5 yaş!

30 iyul 2015-ci il tarixində Ethereum Frontier layihəsinin ilk iş versiyası istifadəyə verilib. Ethereum – kriptovalyuta və smart (ağıllı) müqavilələr əsasında fəaliyyət göstərən blockchain texnologiyası əsasında de-mərkəzləşdirilmiş onlayn xidmətlər yaratmaq üçün bir platformadır. Bu konsepsiya ilk dəfə “Bitcoin Magazine” jurnalının təsisçisi Vitalik Buterin tərəfindən 2013-cü ilin sonunda təklif edilmişdir. Layihənin yaradıcıları – Vitalik Buterin, Anthony Di Iorio, Mihai Alisie, Charles Hoskinson, Gavin Wood, Jeffrey Wilcke olublar. Ethereum komandası İsveçrənin Ethereum Switzerland GmbH (EthSuisse) şirkəti tərəfindən 2014-cü ildə təsis edilmişdir.

Ethereum (ETH) hazırda 317 dollardır və 35.5 milyard bazar kapitalizasiyası ilə CoinMarketCap-da 2-ci pillədədir.

Leave a Reply