Amerikanın ən böyük kriptovalyuta birjası olan Coinbase bitcoin girovu əsasında ABŞ dolları ilə kredit verməyi planlaşdırır. Coinbase Borrow adlı xidmətdən hələ ki, yalnız ABŞ-ın 17 ştatının sakinləri istifadə edə biləcəklər. Kreditin verilməsi şərtləri:
- Kredit birja hesabında olan bitcoin-in dəyərinin 30%-i həcmində verilir
- Kreditin maksimal məbləği 20.000 dollar
- Faiz dərəcəsi – 8%
- Müddət – 12 ay
Müştərilərə anket doldurmaq və ya kredit üzrə ödəniş qabiliyyətliliyin yoxlamasından keçmək üçün vaxt sərf etmək lazım deyil. Müraciətçilər 3 gün ərzində vəsait ala biləcəklər. Coinbase hesab edir ki, Coinbase Borrow xidməti çoxları üçün bitcoin satmadan təcili nağd pul ehtiyacını ödəmək üçün yaxşı bir fürsət olacaqdır.

