Çin kriptovalyuta reytinqi: Avqust 2020

  Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyutalar üzrə 2020-ci il avqust ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqlayıb. 2018-ci ilin may ayından etibarən tərtib edilən sayca 19-cu reytinqdə 37 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: EOS, Ethereum, İOST, Tron, NEO. Bitcoin 14-cü, İOTA isə 37-ci sırada yer alıb.

      Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

Leave a Reply