CoinATMradar.com-ın 31.08.2020 tarixinə olan məlumatına əsasən dünyada 9.493 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 70.1%-də kriptovalyutaları yalnız almaq, 29.9%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 66.9%-i Litecoin, 59.2%-i Ethereum, 33%-i Bitcoin Cash, 20.3%-i Dash, 2.5%-i Tether, 2.2%-i Monero, 1.3%-i Ripple dəstəkləyir.
Bankomatların 84.9%-i Amerika, 12.7%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 7407, Kanada- 860, Böyük Britaniya- 277, Avstriya- 149, İspaniya-103, İsveçrə-81, İtaliya-69, Çexiya-64 və s.
Kripto bankomantların sayı illər üzrə:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2028 ədəd
- 2018-ci il – 4109 ədəd
- 2019-cu il – 6387 ədəd.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (35.2%), General Bytes (29.7%) və BitAccess (9.5%) ümumi bazarın 74.4%-nə sahibdir.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev