DeFi Global Summit 2020

13-16 oktyabr 2020-ci il tarixlərində DAO Consensus təşkilatçılığı ilə “DeFi Global Summit 2020” keçiriləcək. Bu tədbir blockchain ekosistemləri dünyasında 40-dan çox təcrübəli mütəxəssisin bir araya gələcəyi geniş miqyaslı onlayn konfransdır. Bu konfrans mərkəzləşdirilməmiş maliyyə (DeFi) dünyasını araşdırmaq, bu sahədəki aparıcı mütəxəssislərdən təcrübə qazanmaq və yeni əlaqələr qurmaq üçün əla fürsətdir. Konfransda ekspertlər öz təcrübələrini bölüşəcək, həmçinin DeFi (Decentralized Finance) maliyyəsinin inkişaf perspektivlərindən bəhs edəcəklər.

“DeFi Global Summit”-də müzakirə ediləcək 8 əsas mövzu: DeFi, DAO, vençur kapitalı, market meyker, layihələr 2020, qlobal tokenizasiya, daşınmaz əmlakın tokenləşdirməsi, gəlirli fermaçılıq. Sammitdə sektor üzrə tanınan dünya səviyyəli spikerlər iştirak edəcək:

  • Tanınmış sahibkarlar və iri investorlar;
  • DeFi bazarının nümayəndələri;
  • Kriptovalyuta sektoru üzrə tədqiqatçılar və iqtisadçılar;
  • Təcrübəli treyder və marketoloqlar.

DeFi maliyyəsi nədir?

Müəllif:  Elnur Quliyev

Leave a Reply