Paxful – bitcoin almaq üçün P2P platforma

Qlobal maliyyə bazarlarındakı dalğalanmalar fonunda getdikcə daha çox insan maliyyə vəsaitlərini qorumaq üçün rəqəmsal aktivlərin alınmasına üstünlük verirlər. Rəqəmsal aktivlər arasında hazırda ən populyar və likvid kriptovalyuta bitcoin-dir. Bitcoin almaq istəyən istənilən şəxs kriptovalyuta birjası və ya mübadilə servisi ilə ticarət etməyə məcburdur. Çünki rəqəmsal aktivlərin alqı-satqısı və nağdlaşdırılması yalnız birjalar, mübadilə servisləri və P2P platformaları vasitəsilə aparılır. Kriptovalyuta birjaları və mübadilə servislərindən fərqli olaraq P2P platformalarında rəqəmsal aktivləri daha sürətli və minimum komissiya xərci ilə almaq və ya satmaq mümkündür. Kriptovalyuta sənayesinin populyarlığı artdıqca bitcoin-in sərfəli komissiya və təhlükəsiz şəkildə alınması məsələsi getdikcə aktuallaşır. Aktiv treyderlər bitcoin alqı-satqı əməliyyatlarını adətən kriptovalyuta birjalarında edirlər. Adı istifadəçilər və həvəskar investorlar isə mübadilə əməliyyatlarını P2P platformaları vasitəsilə həyata keçirirlər. Bu cür platformalar vasitəçi rolunu oynayır və bitcoin alıcısı ilə satıcısı arasında birbaşa əlaqə yaradır. Eyni zamanda, P2P platformaları müstəqil olaraq kriptovalyutanın satışı ilə məşğul olmur və bunun üçün qiymətlər təyin etmir. Bu faktor istifadəçiyə bəzən birjadan daha sərfəli qiymətə bitcoin almaq imkanı verir.

     Hazırda bitcoin almaq üçün ən etibarlı və populyar P2P platforma Paxful.com-dur. Paxful 2015-ci ildə Ray YoussefArtur Schaback tərəfindən yaradılıb və baş ofisi Nyu-Yorkda yerləşir. Onların əsas məqsədi bitcoin (BTC) alışını hər kəs üçün daha əlçatan etmək idi. Paxful 2019-cu ilin dekabr ayından etibarən Rusiya və MDB ölkələri bazarlarına çıxmağa başlayıb. Platformanın əhatə dairəsi böyüdükcə, Paxful təhlükəsizlik tədbirlərini artırmağa və bitcoin alışı üçün ödəniş üsullarının sayını çoxaltmağa davam edir. Platformada plastik kartlar, bank köçürmələri, Western Union, PayPal, WebMoney, Яндекс.Деньги, Qiwi, AdvCach, Payeer, Skrill həmçinin Amazon, GooglePlay, iTunes və digər böyük şirkətlərin hədiyyə kartları da daxil olmaqla 350-dən çox ödəniş üsulları mövcuddur. Paxful-un 4,5 milyon istifadəçisi var və platformada əməliyyatlar üzrə dövriyyə həcmi 2020-ci ildə 4.6 milyard dolları təşkil edib.

Paxful necə işləyir?

      Paxful, bitcoin satmaq istəyən bir istifadəçi ilə onu almaq istəyən şəxslə birbaşa əlaqələndirən platformadır. Paxful alqı-satqı əməliyyatında yeganə vasitəçi olaraq əməliyyatın təhlükəsizliyini təmin edir və əməliyyat tərəflərindən birinin fırıldaqçılığın qurbanına çevrilmə ehtimalını azaldır.

     İstənilən Paxful istifadəçisi BTC almaq və ya satmaq üçün platformada təklif yaradaraq qiyməti və üstünlük verdiyi ödəmə üsulunu təyin edə bilər. Bitcoin alıcısı heç bir komissiya ödəmir, bu da Paxful-u digər P2P platformalarından daha sərfəli olduğuna görə fərqləndirir. Komissiya xərci satıcının üzərinə düşür və komissiya faizi seçilmiş ödəniş metodundan asılı olaraq dəyişir. Məsələn, BTC satışı zamanı bank köçürməsi yolu ilə ödəniş edərkən komissiya 0,5%, kredit və ya debet kartı, kriptovalyutalar, onlayn cüzdan istifadə edərkən əməliyyat komissiyası 1% təşkil edəcək. Hədiyyə kartları ilə edilən ödəniş üsulu zamanı komissiya 3-5% aralığında olur. Komissiya xərci əməliyyatın əvvəlində istifadəçinin (satıcı) cüzdanının ümumi qalığından tutulur. Əgər əməliyyat hər hansı bir səbəbdən tamamlanmasa komissiya satıcının hesabına qaytarılır.

     Paxful-da bitcoin alarkən minimum əməliyyat məbləği 10 USD, satarkən isə 0,001 BTC təşkil edir. BTC alıcısı yalnız rəqəmsal aktivini platformadan öz elektron cüzdanına məxaric edən zaman komissiya ödəyir. Bu zaman komissiya:

  • 0-9,99 USD olarsa 0,0001 BTC
  • 10-19,99 USD olarsa 0,0002 BTC
  • 20 USD çox olarsa 0,0005 BTC

    Bu komissiya ödənişləri maynerlər tərəfindən bir əməliyyatın təsdiqlənməsi xərclərini qarşılayır və platformanın sabit işini təmin etməyə kömək edir. Paxful platformasında daxili cüzdanlar arasında BTC köçürmələrindən komissiya tutulmur lakin bu cür pulsuz köçürmələrin sayı ayda 5 köçürmə ilə məhdudlaşır. Əgər köçürmə sayı 5-dən çox olarsa göndərilən vəsaitin  1%-i məbləğində (minimum 1 USD) komissiya ödəməlisiniz.

Kriptovalyuta sənayesində fırıldaqçıların qurbanı olmaq çox asandır və istənilən P2P platformasıda alıcı və ya satıcının müəyyən edilmiş “oyun qaydaları”-na əməl etməyəcəyi riski həmişə var. Heç bir platforma əməliyyat iştirakçılarının doğruluğuna tam zamanət verə bilməz. Paxful-un inkişaf prioritetlərindən biri, əməliyyatların təhlükəsizliyini mövcud bütün vasitələrlə davamlı olaraq artırmaqdır. Platforma istifadəçiləri qorumaq üçün aşağıdakı üsullara xüsusi diqqət yetirir:

  • Verifikasiya proseduru. Platformada əməliyyatlar aparmaq üçün KYC (know your clinet) qeydiyyat prosedurunu keçmək lazımdır. KYC – istifadəçinin şəxsiyyətinin təsdiqlənməsidir. Bu presdurun əsas məqsədi platformanın təhlükəsizliyini artırmaq və əməliyyatlarda iştirak edən fırıldaqçıların ehtimalını azaltmaqdır.
  • Operativ dəstək xidməti. Mübahisəli vəziyyətlərin yaranması zamanı platformanın dəstək xidməti onların həllinə cavabdehdir. Hazırda şirkətin dəstək bölməsində müxtəlif dildə danışan və fərqli saat qurşağında yerləşən səksən nəfər ekspert çalışır. Eyni zamanda, on işçi rusdilli olanlardır ki, bu da MDB ölkələrindən gələn istifadəçi sorğuları üçün operativ və adekvat dəstəyi təmin edir.

Necə bitcoin almaq olar?

  Paxful yalnız bitcoin ticarətini dəstəkləyir, çünki bu, ən populyar və ən çox tələbat olan kriptovalyutadır. Platformada qeydiyyat proseduru olduqca sadədir və qeydiyyat keçdikdən sonra hər bir istifadəçiyə ödənişsiz bitcoin cüzdanı təqdim edilir. Yəni, siz platforma daxilində alqı-satqı zamanı şəxsi elektron cüzdanınızı istifadə etmədən də ticarət edə bilərsiniz.

      Bitcoin almaq üçün platformada “Buy bitcoin” keçid edərək müvafiq ödəmə metodunu və alış məbləğini qeyd edərək “Search for offers” seçirsiniz. Bu zaman seçdiyiniz ödəniş metodu və almaq istədiyiniz məbləğ üzrə müvafiq təklifləri görəcəksiniz. Bitcoin alışı zamanı isitifadəçilər tərəfindən seçilən ən populyar ödəniş üsulu kredit/debt kartlarıdır. Əlavə olaraq, platformada digər kripto-aktivlər (ETH, LTC, XRP) ilə də bitcoin almaq mümkündür.

Paxful – üç beynəlxalq ofisdə 265 işçisi olan inkişaf edən bir şirkətdir. Layihə komandası müştərilərin müxtəlif ödəmə üsulları ilə bitcoin-ni tez və təhlükəsiz şəkildə almasına və satmasına imkan verən rahat və güvənli bir platforma yaratmağa çalışır. Paxful-un qazandığı uğurlar arasında Afrikada 500 şagird üçün tikilən üç məktəb, təqaüd proqramı və #BuiltWithBitcoin təşəbbüsü də daxil olmaqla xeyriyyə layihələri var.

Paxful haqqında video məlumat:

Müəllif:  Elnur Quliyev

Bitcoin haqqında maraqlı faktlar

Kriptovalyuta almaq istəyənlər üçün 7 tövsiyyə

Bitcoin – 10 üstün cəhəti

9 comments

  1. […]       Dashlane nümayəndələri ticarət platformalarını şifrə və hesab üçün beş vacib kriteriya əsasında müqaisə edən bir eksperiment aparıblar. Məlum olub ki, Dashlane konsepsiyasına uyğun olaraq bütün lazımi standartlara yalnız bir neçə kripto-birjada əməl olunur: Coinbase, Gemini, BitMEX, Cobinhood, Cryptopia və Paxful. […]

Leave a Reply