Avropa Komissiyası kriptovalyutalar üçün hüquqi baza dərc etdi

Avropa Komissiyası sentyabrın 26-sı kriptovalyuta sektorunun tənzimlənməsi ilə bağlı 168 səhifədən ibarət olan qanun layihəsi dərc etdi. Əsas məqsəd Avropa Birliyində kripto-aktivlərin istifadəsi üçün vahid bir hüquqi baza yaratmaqdır. Bu layihə, Avropa Birliyinin rəqəmsal maliyyə sahəsindəki ümumi strategiyasının bir hissəsidir. Tənzimləmə layihəsi Avropa Komissiyasının rəsmi saytında dərc edilib.

Yeni layihədə 4 əsas istiqamət nəzərdə tutulub:

  1. AB hökuməti kriptovalyuta yaradan və ya istifadə edən şirkətlərə pasport verəcək. Belə pasport Avropa Birliyinin istənilən ölkəsində fəaliyyət göstərmək üçün rəsmi lisenziyaya bərabərdir.
  2. Yeni tənzimləmə layihəsi kriptovalyuta şirkətləri üçün daha sərt tələblər qoyacaq. Xüsusilə sabit dəyəri olan rəqəmsal valyuta (stabilcoin) istehsal edən şirkətləri təsir edəcəkdir. Onlar üçün məcburi şərtlər hazırlanıb: 350.000 avro nizamnamə kapitalı və rəqəmsal aktivləri dəstəkləmək üçün fiat valyuta ehtiyatı.
  3. Kriptovalyuta şirkətlərindən müntəzəm olaraq hesabatlar tərtib edərək investorlara və tənzimləyicilərə təqdim etmələri tələb olunacaq.
  4. Avropa Mərkəzi Bankı və Avropanın maliyyə təşkilatları kriptovalyuta şirkətlərinin hərəkətlərinin qanuniliyinə şübhə etdikləri təqdirdə şirkətləri audit etmək səlahiyyətinə malik olacaq.

Vahid qanunvericilik Avropa Birliyində qanuni kriptovalyuta bazarının inkişafına kömək edəcəkdir. Bu, kriptovalyutada vəsait saxlamağa üstünlük verən investorlar üçün imkanlara müsbət təsir göstərəcəkdir. Kriptovalyuta şirkətlərinə qoyulan tələblər saxtakarlıq və rəqəmsal aktivlərin oğurlanması risklərini azaldacaq.

Müəllif:  Elnur Quliyev

Leave a Reply