Twitter-in qurucusu Jack Dorsey sahib olduğu Square şirkəti 50 milyon dollar dəyərində 4709 bitcoin alıb. Square 2020-ci ilin 2-ci rübünə olan aktivlərinin 1%-ni bitcoin-nə investisiya etdiyini açıqlayıb. Şirkət bitcoi-ni iqtisadi imkanları genişləndirmək üçün bir vasitə və beynəlxalq valyuta sistemində iştirak etmək üçün alternativ aktiv kimi qiymətləndirir. Bu xəbərdən sonra bitcoin 10.939 dollara qalxdı.
Jack Dorsey hər zaman kriptovalyuta tərəfdarı olub və sentyabr ayında keçirilən “Oslo Freedom Forum”-da çıxışı zamanı bitcoin və blockchain texnologiyasını “Twitterin gələcəyi” adlandırmışdı.