D.Trampın saytında Monero ilə səsvermə keçirilib

Oktyabrın 28-i xakerlər ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının veb saytını sındıraraq Monero-dan istifadə edərək “kompromatlar”-ın açıqlanması barədə səsvermə təşkil ediblər. Xakerlər donaldjtrump.com saytının əsas səhifəsində Trampın özünün və yaxınlarının cihazlarına giriş əldə etdiklərini bildirən poster yerləşdirməyi bacarıb. Onlar Trampın və administrasiyasının koronavirusun yayılmasında iştirak etdiyini göstərən məxfi danışıqların gizli materiallarını tapdıqlarını elan ediblər. Eyni zamanda, Trampı qarşıdakı seçkiləri idarə etmək üçün xarici agentlərlə əməkdaşlıq etməkdə günahlandırıblar.

Xakerlər aşkarlanan məxfi məlumatların açıqlanması üçün Monero (XMR) kriptovalyutası ilə ümumi səsvermə keçirməyi təklif etdiblər. Bunun üçün elanda iki elektron ünvan dərc edilib: məlumatları açıqlamaq istəyənlərdən Monero-nu bir ünvana, məlumatların açıqlanmasının əleyhinə olanlardan başqa bir ünvana köçürülməsi istənilib. Səsvermə müddəti bitdikdən sonra səslərin sayını müqayisə edəcəklərini və bu barədə bütün iştirakçıları xəbərdar edərək “dünyanın iradəsini” yerinə yetirəcəkləri bildirilirdi.

D.Trump-ın seçki kampaniyasının nümayəndəsi Tim Murtaugh öz twitter hesabında sayta xaker hücumunu təsdiqləsə də, heç bir konfidensial məlumatın sızmadığını qeyd edib.

Bu hadısə bir çox amerikalıların Monero (XMR) haqqında məlumat tapmaq üçün axtarış sistemlərinə baxmasına səbəb oldu. Monero hazırda 126 dollara ticarət olunur və 2.2 milyard dollarlıq bazar kapitalizasiyası ilə kriptovalyutalar reytinqində 14-cü yerdədir.

Leave a Reply