Bitcoin White Paper – 12 il

    Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənədi (Bitcoin White Paper) internetdə dərc etməklə ilk kriptovalyuta olan bitcoin-in tarixi başladı. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin-in əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Bitcoin haqqında qısa tarix:

  • 18 avqust 2008  – Bitcoin.org domeni qeydiyyata alınıb;
  • 31 okytabr 2008  – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paperinternetə buraxıldı;
  • 3 yanvar 2009  –  Genezis blok – ilk bitcoin bloku yaradıldı;
  • 12 yanvar 2009 – Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
  • 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollara/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1.309,03 BTC;
  • 22 may 2010 – Bitcoin ilə ilk sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
  • iyul 2010 – ilk kriptovalyuta birjası olan MtGox yarandı, Mt.Gox birjasında ilk dəfə 20 BTC 0,9902 dollara satılıb; bitcoin 0.0008-dən 0.08 dollara qalxdı;
  • 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC, 02.06.2010 tarixdə isə 1 BTC= 10 dollar;
  • 29 oktyabr 2013 – ilk kripto bankomat Vankuver (Kanada) şəhərində quraşdırıldı;
  • noyabr 2013 – Kiprdə yerləşən Nicosia Universiteti ödəniş vasitəsi kimi bitcoin qəbul etdi;
  • 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq tanıdı;
  • 1 aprel 2017 – Yaponiya bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi taniyan ilk dövlət oldu;
  • 17 dekabr 2017 –  bitcoin-in ən yüksək qiyməti – 20.089 dollar qeydə alınıb.

Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb Genesis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» başlığının olmasıdır.

Müəllif: Elnur Quliyev

Leave a Reply