CoinATMradar.com-ın 31.10.2020 tarixinə olan məlumatına əsasən dünyada 11.469 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 72.6%-də kriptovalyutaları yalnız almaq, 27.4%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 66.3%-i Litecoin, 58.5%-i Ethereum, 32%-i Bitcoin Cash, 20.3%-i Dash, 2%-i Tether, 2%-i Monero, 1.4%-i Ripple dəstəkləyir.
Bankomatların 87.1%-i Amerika, 10.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 9302, Kanada- 934, Böyük Britaniya- 287, Avstriya- 150, İspaniya-108, İsveçrə-102, Polşa 82, İtaliya-62, Çexiya-65 və s.
Kripto bankomantların sayı illər üzrə:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2028 ədəd
- 2018-ci il – 4109 ədəd
- 2019-cu il – 6387 ədəd.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (36%), General Bytes (29.6%) və BitAccess (9.7%) ümumi bazarın 75.3%-nə sahibdir.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev



