Bitcoin 16.000 dolları keçdi

Noyabrın 12-si bitcoin 16.000 dollarlıq həddi keçməyi bacardı və artıq 13-ü Binance birjasında qiymət 16.500 dollara qədər artdı. Bununla da bitcoin son iki ilin maksumum qiymətini yeniləyib. Sonuncu dəfə bitcoin 2018-ci ilin yanvar ayında bu qiymətdə ticarət olunurdu. Bitcoin son 2 ay ərzində 68%, 2020-ci ilin əvvəli ilə müqayisədə isə 130% artım göstərib. Hazırda 1 BTC 16.190 dollar, bazar kapitalizasiyası 300 milyard dollardır və bu ümumi kriptovalyuta bazarının 65.2%-ni təşkil edir.

Bitcoin-in qiymətinin artmasına müsbət təsir edən əsas fundamental faktor PayPal tərəfindən bitcoin-in alınması, satılması və saxlanması funksiyasının əlavə edilməsidir. Noyabrın 11-dən etibarən ABŞ-dan olan PayPal istifadəçiləri Bitcoin, Ethereum, Bitcoin Cash və Litecoin üzrə giriş imkanı əldə etdilər.

Müəllif: Elnur Quliyev

Leave a Reply