Facebook Libra adlı rəqəmsal valyutasını Diem ilə əvəz etdi

Facebook sosial şəbəkəsinin rəqəmsal valyutasını hazırlayan Libra Association rebrendiq edib. Facebook tərəfindən yaradılan Libra Association konsorsiumu adını Diem Association olaraq dəyişdirdi. Bununla əlaqədar olaraq, 2021-ci ilin yanvarında məhdud bir formatda buraxılması planlaşdırılan Libra kriptovalyutasının adı Diem olaraq dəyişdirildi. Latın dilində diem – “gün” kimi tərcümə olunur. Diem adı yeni bir başlanğıcı və valyutanın gələn il istifadəyə hazır olmasını simvollaşdırır. Hazırda Diem Association 27 üzvdən ibarətdir.

Diem Association baş direktoru Stuart Levey: “Ad dəyişikliyinin əsas səbəbi layihənin ilkin versiyasının tənzimləyici orqanlar tərəfindən sərt müqavimətin göstərilməsi oldu. Ona görə Libra adını Diem ilə əvəz etdik. Layihəni idarə etmək üçün bizim güclü komandamız var və texniki səviyyədə hər şey hazırdı. İsveçrə Maliyyə Bazarına Nəzarət Təşkilatından (FINMA) lisenziya aldıqdan sonra ABŞ dolları ilə təmin edilən “Diem dollar” adlı ilk stablecoin buraxılacaq. Bundan əlavə, Diem istifadəçilərin qorunmasını təmin etmək üçün maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə “İşçi Qrupu“-nun (FATF) qaydaları da daxil olmaqla beynəlxalq qaydalara riayət edəcəkdir. Diem ilk növbədə beynəlxalq köçürmələrdə, eləcə də mal və xidmətlərin ödənişində istifadə ediləcəkdir.”

Müəllif:  Elnur Quliyev

Leave a Reply