Decentralized Economy Global Summit

8-11 dekabr tarixlərində “Decentralized Economy Global Summit” keçiriləcək. Sammitdə 40-dan çox ekspert DeFi, DEX, Dao, kriptovalyuta birjaları, mayninq, blokçeyn startaplar, kripto aktivlər üzrə bilik və təcrübələri ilə bölüşəcək, mərkəzləşdirilməmiş maliyyə bazarında 2020-ci ilin nəticələrindən bəhs edəcək və gələn il böyüyən bazar üçün proqnozlarını açıqlayacaqlar. Dörd gün davam edəcək Sammitin rəsmi dili ingilis dilidir və onlayn iştirak üçün ödəniş 10 USD təşkil edir. Qeydiyyatdan keçmək üçün bu link daxil olun. Sammitin son günü mərkəzləşdirilməmiş iqtisadiyyat sahəsində ilin ən yaxşı layihələri və şəxsiyyətləri mükafatlandırılacaq.

Leave a Reply