CoinATMradar.com-ın 31.12.2020 tarixinə olan məlumatına əsasən dünyada 13.661 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 74.4%-də kriptovalyutaları yalnız almaq, 25.6%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 65.4%-i Litecoin, 58.2%-i Ethereum, 30.8%-i Bitcoin Cash, 19.3%-i Dash, 3.7%-i Tether, 1.4%-i Monero, 1.1%-i Ripple dəstəkləyir.
Bankomatların 87.1%-i Amerika, 10.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 11409, Kanada- 1086, Böyük Britaniya- 247, Avstriya- 144, İspaniya-116, İsveçrə-102, Polşa 90, Çexiya-69, İtaliya-61 və s.
Kripto bankomantların sayı illər üzrə:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2028 ədəd
- 2018-ci il – 4109 ədəd
- 2019-cu il – 6387 ədəd
- 2020-ci il – 13661 ədəd
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (37.3%), General Bytes (28%) və BitAccess (10.2%) ümumi bazarın 75%-nə sahibdir.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev