Bitcoin – 12 yaş!

    12 il əvvəl – 2009-cu ilin yanvarın 3-də Genesis block – ilk bitcoin bloku yaradıldı. Bu blok Satoşi Nakamoto tərəfindən yaradılıb və həmin vaxt mükafat 50 BTC idi. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin üçün əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Bitcoin haqqında qısa tarix:

  • 18 avqust 2008  – Bitcoin.org domeni qeydiyyata alınıb;
  • 31 okytabr 2008  – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paperinternetə buraxıldı;
  • 3 yanvar 2009  –  Genezis blok – ilk bitcoin bloku yaradıldı;
  • Bitcoin qısa olaraq BTC yazılır və 100.000.000 satoşiyə bərabərdir;
  • Bitcoin sayı məhduddur və maksimum 21.000.000 ola bilər. Sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək;
  • İlk bitcoin tranzaksiya – Satoşi Nakamoto 21 yanvar 2009-cu ildə Hal Finney adlı şəxsə 100 BTC göndərməklə  ilk bitcoin tranzaksiyası həyata keçirib;
  • 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollar/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1309,03 BTC;
  • Bitcoin ilə ilk sövdələşmə – 2010-cu ilin may 22-də Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə 10.000 BTC müqabilində 2 pizza alıb. Həmin vaxt 1 BTC 0.003 dollara bərabər idi;
  • 17 iyul 2010 – Mt.Gox birjasında ilk dəfə 20 BTC 0,9902 dollara satılıb. 1BTC = 0,04951 dollar;
  • 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC; 02.06.2010 tarixdə isə 1 BTC= 10 dollara qalxdı;
  • İlk bitcoin bankomat 2013-cü ilin oktyabr ayında Kanadanın Vankuver şəhərində istifadəyə verilib. CoinATMradar.com-a əsasən hazırda dünyada 13.660-dən çox kripto-ATM var;
  • Dünyada ödəniş vasitəsi kimi bitcoin qəbul edən ilk avtomobil şirkəti Lamborghini olub. Dəyəri 210.000 dollar olan 2014-cu il istehsalı Lamborghini Gallardo 216.8433 BTC-yə satılıb;
  • Kiprdə yerləşən Nicosia Universiteti 2013-cü ilin noyabr ayında bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi qəbul etmiş ilk universitetdir;
  • SkyCraft Airplanes dəyəri 55.000 dollar olan “SD-1 Minisport” modelini BTC ilə satışa çıxaran ilk təyyarə şirkət olub;
  • Spice Girls qrupunun keçmiş üzvü Mel B öz çıxışı müqabilində Bitcoin qəbul edən ilk şou-biznes ulduzu olub;
  • 2013-cü ilin noyabr ayında BTC-nin qiyməti ilk dəfə olaraq qızılın qiymətini keçib.
  • Bitcoin qiymətində ən böyük enmə 2013-cü ilin aprel ayında müşahidə olunub. BTC-nin qiyməti 24 saat ərzində 80% enmişdi;
  • Silk Road – bütün ödənişlər BTC ilə olan ilk sayt idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan saytda yüngül narkotiklər, incəsənət əsərləri, soyuq silahlar, həmçinin saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu;
  • 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq qəbul etdi;
  • Bitcoin-in qadağan edildiyi ilk ölkə Taylad olub. Qadağa üçün əsas səbəb kimi BTC-nin vergiyə cəlb edilə bilməməsi idi. Lakin bir müddət sonra bu qadağa aradan götürüldü. Hazırda BTC-nin qadağan edildiyi ölkələr – Vyetnam, Boliviya, Nepal, Ekvador, Mərakeş, Banqladeş;
  • Yaponiya 2017-ci ilin aprelin 1-də bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk dövlət oldu;
  • Daşınmaz əmlak üzrə ən bahalı bitcoin-müqavilə 2018-ci ilin fevral ayında bağlanıb. Bitcoin investor Michael Komaransky Mayamidəki villasını 455 BTC-yə (həmin vaxt 6.5 mln dollara bərabər idi) satıb;
  • 02 yanvar 2021 – Bitcoin ilk dəfə olaraq tarixi maksimum qiyməti – 34.000 dolları keçdi.

     Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks»  adlı başlığının olmasıdır. 

Müəllif: Elnur Quliyev

Leave a Reply