ABŞ-da ilk federal kripto-bank yaradıldı

ABŞ-ın maliyyə tənzimləyicisi olan Maliyyə Nazirliyinin Valyuta Nəzarəti İdarəsi (OCC) Anchorage kriptovalyuta şirkətinə rəqəmsal aktivlərin saxlanması xidməti üçün lisenziya verdi. Bununla da, ABŞ-da ilk dəfə olaraq federal səviyyədə kripto bank yaradıldı. OCC (The Office of the Comptroller of the Currency) lisenziyası sayəsində Anchorage müxtəlif ştatların ayrı-ayrı tənzimləmə qaydalarına riayət etmək məcburiyyətində olmayacaq. Anchorage şirkəti müştərilərinə kriptovalyutaların saxlanması üçün xidmətlər təqdim edən Anchorage Digital Bank yaradacaq.

Anchorage şirkətinin prezidenti Dioga Monica: “Biz milli bankıq. Bizi adi bankdan fərqləndirən tək şey fəaliyyət istiqamətimizdir – biz kriptovalyuta ilə işləyirik.”

Məlumat üçün qeyd edək ki, OCC hazırda 2 kriptovalyuta şirkətinin (Bitpay və Paxos) federal bank lisenziyası üçün müraciətinə baxır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply