Gemini birjasından bitcoin ilə “cash back” olan kredit kartı

Gemini kriptovalyuta birjası bitcoin ilə kəşbək (cash back) olan kredit kartı buraxmağı planlaşdırır. Birja istifadəçiləri 3%-dək kəşbək olan “Gemini Credit Card” sifariş verə biləcəklər və ilk kartlar artıq 2021-ci ildə veriləcək. Gemini kartları adı kredit kartları kimi işləyəcək və ABŞ vətəndaşları üçün əlçatan olacaqdır. Bu kartın əsas özəlliyi ondan ibarətdir ki, insanlar gündəlik həyatlarında alışlarını etməklə bitcoinə investisiya etmiş olurlar. Bitcoin ilə ödənilən kəşbək istifadəçilərin Gemini birjasındakı hesablarına avtomatik köçürüləcək.

Leave a Reply