LiveCoin birjası bağlandı

2016-2017 illərdə xüsusilə məşhur olan LiveCoin kriptovalyuta birjasının rəhbərliyi 2020-ci ilin dekabr ayında xaker hücumuna məruz qaldığı səbəbindən birjanın bağlandığını bəyan etdi. Birjanın rəsmi bəyanatında “Xaker hücumu nəticəsində xidmətimizə ciddi texniki və maddi ziyan dəyib. İşi bərpa etmək mümkün deyil, bu səbəbdən də birjanı bağlamağa və qalan vəsaiti müştərilərə ödəməyə qərar verdik.” qeyd edilib.

Birja istifadəçiləri kompensasiya almaq üçün 17.03.2021 tarixinədək verification@livecoin.news ünvanına elektron ərizə ilə müraciət etməlidilər. Ərizəni yalnız hesabın birjada qeydiyyatdan keçdiyi poçt qutusundan göndərmək mümkün olacaq.

Leave a Reply