Bitcoin-fond İPO-da 180 milyon dollar cəlb etdi

Ninepoint Partners LP investisiya şirkəti yanvarın 27-si Toronto fond birjasında Bitcoin Fond üçün keçirilən İPO-da 180 milyon dollar cəlb edib. İnvestorlar bitcoin almaq və saxlamaq üçün sadə və etibarlı bir bazar alternativinə sahib olacaqlar. Bu, Kanadada bitcoin fond üzrə ən iri İPO oldu. Səhmlər müvafiq olaraq ABŞ dolları və Kanada dolları ilə “BITC.U” və “BITC.UN” tikerləri altında ticarət olunur. Fondun dəyəri MVIS® CryptoCompare Bitcoin İndeksinə əsaslanır. Bu, 49 milyard dollarlıq aktivi idarə edən VanEck-in törəmə şirkəti olan MVIS tərəfindən hesablanır. Bitcoinlərin saxlanmasına cavabdeh Gemini kriptovalyuta birjası olacaq.

Leave a Reply