Elon Muskın sahib olduğu Tesla İnc bitcoin-ə 1.5 milyard dollar investisiya edib. Bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasına (SEC) müraciətində bildirib. Elektromobil istehsalçısı Tesla gələcəkdə ilk kriptovalyutanı məhsullarının ödəniş vasitəsi kimi inteqrasiya etmək niyyətində olduğunu bəyan edib. Bu xəbərdən dərhal sonra bitcoin bir neçə saat ərzində 5.200 dollar bahalaşaraq tarixi maksimum qiymətini – 44.890 dolları keçdi.

