ABŞ-ın Blue Ridge bankı bitcoin satacaq

Mərkəzi ofisi ABŞ-ın Virginiya ştatında yerləşən Blue Ridge bankı öz bankomatlarında bitcoin alışı funksiyasını əlavə edəcək. Bununla da. Blue Ridge ABŞ-da bankomatlarda bitcoin alışı təklif edən ilk dövlət səhmli bank olacaq. Kriptovalyutalarla işləmək üçün Blue Ridge milli ATM operatoru BluePoint ATM Solutions və ATM üçün proqram təminatı hazırlayan LibertyX şirkəti ilə müqavilə bağlayıb. Blue Ridge bankomatlarından bitcoin almaq üçün istifadəçilər LibertyX mobil tətbiqetməsini smartfonlarına yükləməli və eyni zamanda rəqəmsal cüzdana sahib olmalıdırlar.

Leave a Reply