Bitcoin: 50.000 dollar!

Fevralın 16-si bitcoin 50.000 dollarlıq həddi keçməyi bacardı və Bitstamp birjasında tarixi maksimum qiyməti – 50.662 dollara qədər artdı. CoinMarketCap.com-a əsasən 16.02.2021 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 8.484 ədəd, ümumi bazar kapitalizasiyası 1.4 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 49.352 dollar, bazar kapitalizasiyası isə 918 milyardla ümumi bazar kapitalizasiyasının 61.4%-ni təşkil edir.

Son günlərdə iri şirkətlər – Tesla, BNY Mellon, Bank Blue RidgeMastercard-ın bitcoin ilə işləməyə başlaması və daha bir neçə şirkətin BTC-yə investisiya edəcəyi xəbəri ilk kriptovalyutanın qiymətinin qalxmasına təsir göstərib.

Müəllif:  Elnur Quliyev

Leave a Reply